ABŞ-da inflyasiya yenidən 5%-i keçib
ABŞ-da inflyasiya İyun ayında proqnozların üzərində bir artımla illik 5,4% təşkil edib. ABŞ-da inflyasiya sonuncu dəfə 2008-ci ilin Avqust ayında 5,4% olaraq reallaşmışdı.
Marja xəbər verir ki, inflyasiya aylıq 0,9% olub.
İqtisadçıların proqnozu qiymətlərin illik 4,9%, aylıq 0,5% artım qeyd edəcəyi istiqamətində idi.
ABŞ-da inflyasiya May ayında 5% təşkil etmişdi.
İyun ayında inflyasiyadakı artımın üçdə biri ikinci əl avtomobil qiymətlərindəki yüksəlişdən qaynaqlanıb. İqtisadiyyatın açılması ilə artan yerləşmə, avtomobil kirayəyə götürmə, geyim və təyyarə qiymətləri artıma təsir göstərib.
Oynaqlığı yüksək olan qida və enerjinin çıxarıldığı inflyasiya isə illik 4,5%, aylıq 0,9% olub.
Fed üzvü Ceyms Bullard, inflyasiya məlumatı açıqlanmamışdan əvvəl verdiyi müsahibəsində pandemiya dövründə tətbiq edilən monetar təşviqlərin geri çəkilməsi üçün doğru zamanın gəldiyini söyləmişdi.
O, "Wall Street Journal"a verdiyi müsahibəsində, "İqtisadiyyatın 7% artması və pandemiyanın hər keçən gün daha yaxşı bir şəkildə nəzarət altına alınması ilə təcili vəziyyət tədbirlərinin geri çəkilməsi üçün doğru zamandır" deyən Bullard, qiymətli kağız alışının azaldılması üçün yaxşı bir vəziyyətdə olduqlarını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







