“Yapı Kredi Bank”da istehlak kreditlərinə 5% endirim
(®️) “Yapı Kredi Bank”da 31 avqust 2021-ci il tarixinədək “İstehlak Kredit” faizlərinə 5%-dək endirim tətbiq olunacaqdır.
Belə ki, bankdan ilk dəfə kredit götürən bir neçə müştəri qrupları üçün fərdi ehtiyac krediti üzrə illik faiz dərəcəsi 15%-dən başlayaraq hesablanacaqdır.
Kampaniyada 5000 AZN və daha yüksək məbləğdə kredit götürəcək müştərilər iştirak edə biləcəklər. Məlumat üçün bildirək ki, “Yapı Kredi Bank” 20 000 manatadək olan kreditlər üçün zamin tələb etmir.
Həmçinin, kampaniya zamanı istehlak krediti rəsmiləşdirən müştərilərə kredit kartı - Worldcard təqdim ediləcək, üstəllik kartın bir illik haqqı bank tərəfindən hədiyyə olunacaqdır.
Müxtəlif təyinatlı fərdi ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Yapı Kredi Bankın Bankının bütün filiallarından əldə etmək mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqənizlə bankın filiallarına yaxınlaşmaq kifayətdir.
Kampaniya haqqında ətraflı məlumat üçün *0444 nömrəli Telefon Mərkəzinə və ya bankın filiallarına müraciət etməniz xahiş olunur.
Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən *0444 nömrəli Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq imkanları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın məhsul və xidmətləri barədə məlumatları bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook və Instagram səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























