Çinin texnologiya şirkəti qorxdu, ABŞ-da səhm satmaq planını təxirə saldı
Çində istintaq qorxusu LinkDoc şirkətini ABŞ-da səhm satmaq planından daşındırdıÇinin texnologiya şirkəti LinkDoc, Çinin rəsmi qurumunun, xaricdə səhm satan texnologiya şirkətlərinə qarşı başlatdığı istintaqlardan sonra ABŞ-da səhm satmaq planını təxirə salıb.
Marja Bloomberg-ə istinadən xəbər verirki, şirkətin ləğv qərarına bazardakı oynaqlıq da səbəb olub. Şirkət şərtlər yaxşılaşdığında səhmlərin ilkin kütləvi təklifi planını yenidən qiymətləndirəcək.
LinkDoc-un səhmlərinin satışına Morgan Stanley, Bank of America və China International Capital Corp vasitəçilik edəcəkdi və şirkətin 211 milyon dollara qədər sərmayə cəlb etməsi planlaşdırılırdı.
Çinin rəsmi qurumları Çinli şirkətlərin səhmlərinin xaricdəki birjalarda ticarət olunmasının qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər planlaşdırır.
Çinin kiber təhlükəsizlik üzrə nəzarət təşkilatı məlumat təhlükəsizliyi riski, milli təhlükəsizlik və ictimai marağı qorumaq səbəbləri ilə ABŞ-da səhm satan Didi barəsində istintaqa başlayıb və tətbiqin virtual mağazalardan qaldırılmasını tələb etmişdi.
Çinin Uber-i olaraq tanınan Didi 4,4 milyard dollar dəyərlənmə ilə Nyu Yorkda yaxın bir zamanda səhm satmışdı. Satışa 14 dollardan çıxarılmış səhmin qiyməti istintaqdan sonra 11,91 dollara düşüb.
Bu an üçün görülən tədbirlər şirkətin işləməsinə bir problem yaratmır, lakin Çinin internet şirkətləri ilə əlaqədar qeyri-müəyyənlik davam edir.
İstintaqın detalları hələ bilinmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
46 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 57 d. əvvəl
-
57 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN



















