Visa kartları ilə 1 milyard dollarlıq kriptovalyuta xərclənib
UFC isə 175 milyonluq kripto-sponsor tapıb...Bu ilin birinci yarısında kriptovalyuta sahibləri Visa bank kartları vasitəsilə mal və xidmətlərə 1 milyard dollar xərcləyib.
Marja Visa-nın açıqlamasına istinadla xəbər verir ki, şirkət Circle, BlockFi və Coinbase kimi krtiptovalyuta platformaları ilə əməkdaşlıq edərək, 70 milyon şəxsin öz rəqəmsal pullarını bank kartları vasitəsilə xərcləməsinə imkan yaradıb.
Visa-nın rəhbəri Vasant Prabhunun fikrincə, kriptovalyuta, QR kodları və biometrik sistemlərin köməyi ilə növbəti illərdə xərclənən vəsaitin həcmi 18 trilyon dollara çata bilər. Visanın əsas rəqibi Mastercard isə bu yay kriptovalyuta birjası Gemini ilə birgə cashback əvəzinə kriptovalyuta qazandıran kart istifadəyə verəcəyini bildirib.
Kriptovalyutalardan istifadəyə maraq qlobal miqyasda sürətlə artır. Rəqəmsal valyuta birjaları artıq ənənəvi maliyyə oyunçularını əvəz edir. Təsadüfi deyil ki, bugün həm də ən məşhur idman yarışlarından biri UFC (Ultimate Fighting Championship) Crypto.com adlı platforma ilə 10 il müddətinə 175 milyon dollarlıq sponsorluq müqaviləsini rəsmiləşdirib. Bundan sonra UFC idmançılarının geyim və aksesuarlarında Crypto.com-un reklamı əks olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
46 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 57 d. əvvəl
-
57 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN




















