Bakıda oktyabrda Azərbaycan-Türkiyə Enerji Forumunun keçirilməsi planlaşdırılır
Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında iki ölkənin son dövrlərdə imzaladığı sənədlərdə əksini tapmış enerji məsələlərinin müzakirəsi məqsədilə onlayn formatda görüş keçirilib.
Görüşdə bu ilin 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə, eləcə də digər sənədlərdəki energetika sahəsində əməkdaşlığa dair müddəalar nəzərdən keçirilib.
Energetika naziri Pərviz Şahbazov deyib ki, “Şuşa Bəyannaməsi” bütün sahələrdə, o cümlədən enerjidə dost, qardaş, tərəfdaş münasibətlərimizi müttəfiqlik statusuna yüksəltdi: “Bu sənəddə yer alan “Cənub Qaz Dəhlizi” və elektrik enerjisi sahəsində regional əməkdaşlıq məsələləri, həmçinin işğaldan azad edilmiş ərazilərin Azərbaycan Prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilməsi Türkiyə ilə enerji əməkdaşlığımızı dərinləşdirir.”
Bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı hazırda Türkiyə şirkətləri ilə müzakirələr aparıldığını bildirən nazir, eyni zamanda, gələn ildən keçirilməsi planlaşdırılan hərraclarda iştirakın mümkünlüyünü də diqqətə çatdırıb.
Görüşdə karbohidrogen, neft-kimya, bərpa olunan enerji və digər istiqamətlər üzrə enerji əməkdaşlığının inkişafına töhfə verəcək platforma kimi Azərbaycan-Türkiyə Enerji Forumunun bu ilin oktyabrında Bakıda keçirilməsi təklifi müzakirə edilərək razılaşdırılıb.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz isə TPAO və SOCAR-ın hər iki ölkədə uğurlu fəaliyyətindən bəhs edərək, üçüncü ölkədə birgə əməkdaşlığın strateji əhəmiyyətinə və perspektivlərinə toxunub.
Müzakirələr zamanı enerji əməkdaşlığının digər mühüm istiqamətləri üzrə də fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 24 d. əvvəl
-
10 saat əvvəl
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 2,5 dəfə artıb
“Qala Sığorta”nın mənfəəti azalıb
“65 mini səhhətimə görə almışam”
“A-Qrup Sığorta”nın xalis mənfəət 7 dəfə artıb
Ən çox oxunanlar
"Atəşgah Sığorta" 2025-ci ili xalis mənfəətlə başa vurub
"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb
"Azərbaycan Sənaye Sığorta" mənfəətdən zərərə keçib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Ələtdə data mərkəzin yaradılması müzakirə edilib - “Haimaker”in direktoru ilə görüş keçirilib
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb
"Meqa Sığorta"nın xalis mənfəəti artıb



















