Böyük Britaniyada mənzil qiymətlərində 17 ilin ən sürətli artımı
Bir mənzilin orta qiyməti 340 min dollardan çoxdur.Böyük Britaniyanın mənzil bazarında qiymətlər son illərin ən sürətli artımını qeyd edib.
Marja xəbər verir ki, Milli Bina Cəmiyyətinin (Nationwide Building Society) açıqladığı rəqəmlərə görə, Birləşmiş Krallıqda mənzil qiymətləri, 2021-ci ilin İyun ayında ötən ilin eyni ayı ilə müqayisədə 13,4% artaraq, 2004-cü ilin Noyabr ayından bu yana ən sürətli artımı qeyd edib.
Mənzil qiymətləri 2021-ci ilin may ayı ilə müqayisədə isə 0,7% artıb.
İlin əvvəlindən davam etməkdə olan artım nəticəsində hazırda yaşayış üçün daşınmaz əmlakın orta qiyməti 245 min funt-sterlinqdən (340 min dollardan) bahadır. Böyük Britaniyada mənzil qiymətləri bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.
Son aylardakı artımın səbəbi isə hökumətin hələ ötən ilin əvvəlindən daşınmaz əmlak satışına tətbiq etdiyi güzəştin müddətinin tezliklə bitməsidir.
Həmçinin Covid-19 pandemiyasını nəzarət altına ala bilmək üçün hökumət tərəfindən tətbiq olunan 16 aylıq küçəyə çıxmamaq qadağası, şəhər kənarındakı evlərə tələbin artmasına səbəb olub.
Xatırladaq ki, 2020-ci ilin 1 iyul tarixindən etibarən dəyəri 500 min funta (693 min dollara) qədər olan mənzil alqı-satqısının rəsmiləşdirilməsinə görə alınan gerb rüsumu (3%) 1 il müddətinə tamamilə ləğv olunub. Nəticədə alıcılar təxminən 15 min funta qədər vəsaitə qənaət edə bilirdilər. Güzəşt müddətinin cari ilin 1 iyul tarixində başa çatması isə mənzil alışlarının həcminə görünməmiş təkan verib - hamı rüsumsuz ev almağa tələsir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
48 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 59 d. əvvəl
-
59 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN














.jpg)






