Fed rəsmisi danışdı, dollar bahalaşdı
Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) üzvü və Sent-Luis Fed sədri Ceyms Bullard, qiymətli kağız alış proqramını azaltmaq barədə müzakirənin başladığını və özünün 2022-ci ilin sonunda faizin artırılacağını gözlədiyini bildirib. Bu açıqlamadan sonra dollar güclənib.ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmaq barədə proqnozlarını önə çəkməsinin ardından bazarlarda dalğalanma davam edir. Federal Açıq Bazar Komitəsinin (FOMC) üzvü Ceyms Bullard bazarlarda növbəti hərəkətə səbəb olmuş bir çıxış edib.
Marja xəbər verir ki, Sent-Luis Fed sədri Ceyms Bullard, Fed sədri Cerom Pauellin bu həftə qiymətli kağız alışını azaltmaq müzakirələrini rəsmi olaraq başlatdığını bildirib.
İnflyasiya hədəflərinə çatmaq üçün siyasətlərini düzəltməyə ehtiyac olduğunu qeyd edən Bullard, qiymətli kağız alışlarının azaldılmasına dair müzakirələrin gələcək həftələrdə davam edəcəyini vurğulayıb.
Bullard, pandemiyanın sona yaxınlaşılması gələn il faizin artırılmasına başlanacağına inanan 7 Fed rəsmisindən biri olduğunu bildirib.
Bullard, Fed-in pandemiyadan sonra ilk faiz artımını 2022-nin sonunda etməsini gözlədiyini söyləyib.
Bullard, 2022-ci il ərzində 2,5% - 3% arasında olacaq yüksək inflyasiyanın faizi artırmaq üçün lazım olan şərtləri təmin edəcəyini dilə gətirib.
"Yaxşı bir il və yaxşı bir başlanğıc olmasını gözləyirdik, amma gözlədiyimizdən də yaxşı bir il oldu. Gözlədiyimizdən daha yüksək bir inflyasiya var və burada bir az "şahinləşməmizin" çox təbii olduğunu düşünürəm" deyən Bullard, 2021-ci ildə inflyasiyanın 3% olmasını gözlədiyini söyləyib.
Bullardın açıqlamasından sonra Dollar bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)









.jpg)





