“SOCAR Methanol” mayda istehsalı bərpa edib
“SOCAR Methanol” MMC əsaslı təmirdən sonra may ayında metanol istehsalını bərpa edib. Bu barədə agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
““SOCAR Methanol” zavodunda əsaslı təmir işlərinin aparılması ilə əlaqədar metanol istehsalı cari ilin yanvar ayından aprel ayına qədər dayandırılmışdı. May ayında müəssisə fəaliyyətini tam gücü ilə bərpa edib”, - deyə məlumatda bildirilir.
May ayında müəssisədə 47,2 min ton metanol istehsal olunub. İstehsalın həcmi illik ifadədə (2021-ci ilin yanvar-may/2020-ci ilin yanvar-may ayları) 4,3 dəfə azalıb.
Bundan əlavə, iyunun 1-nə olan vəziyyətə görə, müəssisənin anbarında 28,5 min ton metanol olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, may ayında “SOCAR Methanol”da istehsal edilmiş məhsullar ixraca göndərilməyib.
2020-ci ildə “SOCAR Methanol” 476,6 min ton metanol istehsal edib ki, bu da 2019-cu ilin göstəricisindən 24,4% çoxdur. 2021-ci il yanvarın 1-nə müəssisənin anbarında 4,2 min ton hazır məhsul olub.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)





