Ərdoğan: Azərbaycan ilə Liviyada ortaqlıq edə bilərik
Türkiyə Prezidenti Tayyib Ərdoğan, Azərbaycan ilə Türkiyənin quracaqları ortaq bir şirkət ilə Türkiyədə, Liviyada və ya başqa ölkələrdə neft və qaz axtarışı və hasilatı sektorunda fəaliyyət göstərə biləcəklərini, həmçinin emal işlərində də əməkdaşlıq edə biləcəklərini deyib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında, "SOCAR ilə “Türkiyə Petrolları”nın (TPAO) üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini qardaşımla (Azərbaycan Prezidenti İlham Əliyev) birlikdə müzakirə etdik" məlumatını vermişdi.
Marja xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, Azərbaycana səfəri əsnasında jurnalistlərin gündəmə bağlı suallarını cavablandırıb. Ərdoğan bildirib ki, SOCAR ilə TPAO Liviyada birgə iş görə bilər.
Ərdoğan Azərbaycanın təbii qaz və neft axtarışı, hasilatı üzrə çox təcrübəli olduğunu bildirib, Qaradənizdə və ya başqa bölgələrdə Azərbaycan ilə bu sahələrdə ortaqlıq edilib edilməyəcəyi sualına bu cavabı verib:
"Hazırda Azərbaycanla bizim TANAP və TAP-da bir həmrəyliyimiz söz mövzusudur. Bunun xaricində, biz addım ata bilərik. Bu nə ola bilər? Məsələn, hazırda bizim “Türkiyə Petrolları”nın Azərbaycan ilə əməkdaşlığı var. Necə hazırda TAP-da, TANAP-da tərəfdaşlığımız varsa, biz qiymətli dostum İlham Əliyev qardaşımızla belə bir addımı Liviyada da ata bilərik. Onların bu mövzularda yaxşı təcrübəsi var. Eyni təcrübə bizdə də olduğuna görə, hətta emal sahəsində də bəzi addımlar atmaq mümkündür. Bu cür addımları da ata bilərik.
Mən qardaşım Əliyevə bu təklifi etdim. O da belə bir şeydən məmnun olacağını, belə bir addıma özlərinin də qoşulacaqlarını söylədi. Xahişim odur ki, bu addımları birlikdə atmaqla yalnız Avropaya açılmaq deyil, həm öz ölkəmizdə, həm çox daha fərqli ölkələrə yayılarıq".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)


.jpg)








