İsveçrə saatlarının ixracı kəskin artıb
Bu ilin may ayında İsveçrə saatlarının ixracı 2019-cu ilin may ayı ilə (pandemiyadan əvvəlki dövr) müqayisədə 11,9% azalaraq 1,797 mlrd. İsveçrə frankı (1,974 mlrd. ABŞ dolları) təşkil edib. Cari ilin aprel ayına nisbətdə ixrac eyni səviyyədə qalıb.
Bu barədə İsveçrə Saat Sənayesi Federasiyasının açıqlamasında deyilir.
Ötən ilin may ayı ilə müqayisədə (pandemiya dövrü) saat ixracı 2,7 dəfə artıb. Aprel ayında 2020-ci ilin aprel ayı ilə müqayisədə artım 5,5 dəfə, mart ayında isə 37,2% olub, bundan əvvəl saat ixracında 13 ay ardıcıl olaraq azalma qeydə alınmışdı. Saat Sənayesi Federasiyası 2020-ci ilin may ayında göstəricinin 67,9% azaldığını xatırladır, bu səbəbdən də dinamikanı illik nisbətdə müqayisə etməyi məqsədəuyğun hesab etmir.
May ayında ixracın böyük hissəsini təşkil edən qol saatlarının tədarükü 2019-cu ilin may ayına nisbətən 9,2% azalaraq 1,709 mlrd. frank (1,878 mlrd. dollar) təşkil edib.
İsveçrə saatlarının Çinə ixracı 2019-cu ilin may ayına nisbətən 17,4% artaraq 264 mln. franka (290 mln. dollar), ABŞ-a – 16,6% artaraq 242,9 mln. franka (266,9 mln. dollar), Böyük Britaniyaya – 8,3% artaraq 105,7 mln. franka (116,1 mln. dollar) çatıb. Eyni zamanda, Honkonqa ixracat 27,5% azalaraq 197 mln frank (216,4 mln. dollar), Yaponiyaya – 26,4% azalaraq 112,1 mln. frank (123,2 mln. dollar), Sinqapura isə 3,8% azalaraq 108,4 mln. frank (119,1 mln. dollar) təşkil edib.
Bu altı ölkə may ayında İsveçrə saatları bazarında 57,3% paya sahib olub. Ümumilikdə, sözügedən ölkələrə saat tədarükü illik ifadədə 3,5% azalıb.
Yanvar-may aylarında İsveçrə saatlarının ixracı 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 3% azalaraq 8,663 mlrd. frank (9,518 mlrd. dollar) təşkil edib. İllik ifadədə artım 50% olub.
Azərbaycan Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığılanı hesablamalarına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycana dəyəri 2,475 mln. dollar (ötən ilin analoji dövrü ilə müqayisədə 93,5% çox) təşkil edən 3 195 ədəd (+12,1%) İsveçrə saatı, o cümlədən 2,432 mln. dollar (+96,9%) dəyərində 3 130 ədəd (+11,7%) qol saatı idxal olunub.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 44 d. əvvəl
-
- 45 d. əvvəl
- 54 d. əvvəl
-
54 d. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
1 saat əvvəl
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
-
2 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb
Azərkosmos-un ixrac gəliri açıqlanıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
İyunun 3-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb


















.jpg)





