Kapital Bank-ın Visa kartları ilə “Macəra yaxındadır”
(®️) Kapital Bank-ın Visa kart sahibləri artıq “Macəra yaxındadır” adlı kampaniyaya daxil olan təkliflərdən daha sərfəli şərtlərlə yararlana biləcəklər. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən keçirilən bu kampaniyanın əsas məqsədi daxili turizmin inkişafına töhfə vermək, pandemiya dövründə yerli turizm sənayesinə dəstək göstərməkdir.
Şərtlərə görə, 31 dekabr 2021-ci il tarixinədək Kapital Bank-ın Visa kart sahibləri https://macerayaxindadir.az/ saytında olan təkliflər üçün etdikləri istənilən ödənişlərdə 20% keşbek əldə edə biləcəklər. Kampaniya ərzində hər bir Visa kart sahibi maksimum 200 AZN keşbek əldə edə bilər.
Qazanılan keşbeklər təqvim ayı bitdikdən 21 iş günü sonra müştərinin kart hesabına mədaxil olunur və bu barədə SMS məlumatlandırma təqdim olunur. 10 fevral 2021-ci il tarixindən başlayaraq qeyd olunan saytdakı təkliflər üçün edilən bütün ödənişlər bu kampaniyada iştirak edir.
Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)







