Xalq Bankdan möhtəşəm kampaniya: Sürətli olan Qazanır!
(®️) ASC “Xalq” Bankı, Bakcell şirkətinin “Ulduzum” loyallıq proqramının dəstəyi ilə “Sürətli olan qazanır!” kampaniyasına başlayır!
Kampaniya bölgələrdə sürətli pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə ünvanlanıb. Belə ki, iyun ayının 1-dən başlayaraq Xalq Bankın region filiallarında Western Union, Zolotaya Korona, Contact, UPT və Monex təcili pulköçürmə sistemləri vasitəsilə məbləğindən asılı olmayaraq bütün köçürmə əməliyyatlarına 50% komissiya endirimi tətbiq edilir. Bununla yanaşı, kampaniya müddəti ərzində həm pul göndərən, həm də alan hər bir şəxs “Bakcell”dən pulsuz danışıq dəqiqələri qazanacaq. Kampaniyanın müddəti 2 aydır.
“Sürətli olan qazanır!” kampaniyası Xalq Bankın 21 filialında - Sumqayıt, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Neftçala, Yevlax, Mingəçevir, Göyçay, Şəmkir, Tovuz, Gəncə, Qazax, Cəlilabad, Lənkəran və Şirvan filiallarında keçərlidir.
Xalq Bank 9-u paytaxtda, 21-i regionlarda olmaqla 30 filial vasitəsilə müştərilərin xidmətindədir. Müştərilər Bankın əksər məhsul və xidmətlərindən XalqOnline mobil bankçılıq tətbiqi vasitəsilə onlayn şəkildə yararlana bilərlər.
Xalq Bankın təqdim etdiyi aksiya və kampaniyalar, xidmət və məhsullar haqda daha ətraflı məlumatı www.xalqbank.az saytından, həmçinin, 138 Məlumat Mərkəzindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























