Dünyada ən çox ölümə səbəb olan xəstəlik.... Yox, xərçəng deyil!
Hər il dünyada 18 milyon insan bu xəstəlikdən dünyasını dəyişir.Danimarkanın Xərçəng xəstəlikləri Cəmiyyətinin Tədqiqat Mərkəzi ölüm hallarına səbəb olan xəstəliklərə dair 23 il müddətində ardıcıl tədqiqatlar aparıb. Tədqiqatlar əsasən Danimarka və Avstraliyadan olan tibbi mütəxəssislər, həmçinin digər ölkələrin ən qabaqcıl tibb universitetlərinin alimləri tərəfindən həyata keçirilib.
Marja xəbər verir ki, “Diet, Xərçəng və Sağlamlıq Tədqiqatı” adlanan və 50 mindən çox insanı əhatə edən araşdırma maraqlı faktlar üzə çıxarıb.
Məlum olub ki, qlobal miqyasda insan ölümlərinə səbəb olan 1 nömrəli səbəb ürək-damar xəstəlikləridir. Hər il 18 milyon insan bu xəstəliklərin qurbanı olur.
Amerikanın ən amansız qatili...
Bu xəstəlikdən ən çox əziyyət çəkən ölkələrdən biri Birləşmiş Ştatlardır. ABŞ Milli Səhiyyə Statistikası Mərkəzinin 2015-2020-ci illəri əhatə edən hesabatına əsasən, 2015-ci ildə cəmi 2,7 milyon nəfər təşkil edən ölüm sayı 2020-ci ildə 3,3 milyon nəfərə yüksəlib. Ölüm səbəblərinin içərisində ürək-damar sistemi xəstəlikləri birinci sıradadır. Təkcə 2020-ci ildə 691 min amerikan ürək-damar xəstəliklərindən dünyasını dəyişib. Bu isə ötən il COVID-19 pandemiyasının aldığı canlardan da (345 min) 2 dəfəyə yaxın çoxdur.
Qeyri-sağlam həyat tərzi və plansız qidalanma nəticəsində ayaqlarda qan damarlarının daralması ilə səciyyələnən periferal arteriya xəstəliyi ürək-damar xəstəlikləri qrupuna liderlik edir. Mütəxəssislər təbii profilaktika üsulu kimi gündə ən azı bir fincan həcmində azotla zəngin meyvə-tərəvəz yeməyi tövsiyə edir. Araşdırmalar göstərir ki, bu məsləhətə əməl edən insanlarda yüksək qan təzyiqi və ürək tutmaları riski 12%-dən 26%-ə qədər daha azdır.
Bəs necə qorunaq?
“Qarnir əvəzinə ispanaq, banan və ya giləmeyvələrdən əzmə hazırlaya və qəbul edə bilərsiniz. Göyərti də əlavə etmək mümkündür, lakin onu sıxıb şirəsini çıxarmayın, çünki bu zaman tərəvəzlərdə ən vacib olan ləti və lifləri korlanır” – tədqiqat qrupunun rəhbəri Ketrin Bondonno bildirib.
Son illərdə getdikcə cavanlaşan ürək-damar xəstəlikləri ölkəmizdə də ölümə səbəb olan hallar arasında ön sırada gəlir. Bu baxımdan, düzgün qidalanmaqla bağlı təcrübəli mütəxəssislərin tövsiyəsinə əməl etmək sağlamlığımız üçün vacibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























