Süd bahalaşır - dünyanın ən iri ixracatçısından xəbərdarlıq
Çin və digər ölkələrdə tələbatın sürətlə artması qiymətlərə təsirsiz ötüşmür.Əmtəə qiymətlərində son aylar davam edən qlobal artım dalğasında növbə artıq südə çatıb.
Marja xəbər verir ki, 30%-lik payla dünyanın ən iri süd məhsulları ixracatçısı, Yeni Zelandiyanın Fonterra şirkəti iyunun 1-dən başlayaraq fermerlərdən alacağı süd qiymətlərini açıqlayıb. Şirkətin tarixində ən yüksək həddə çatan qiymətlər quru südün bir kiloqramına görə 7,25-8,75 Yeni Zelandiya dolları - NZ (5,29-6,39 dollar) təşkil edəcək. Orta qiymət 8 NZ (5,8 dollar) olduğu halda, ölkədə 10 mindən artıq fermer təxminən 12 milyard NZ (8,65 milyard dollar) qazanacaq.
“Süd məhsullarına, xüsusən Yeni Zelandiya südünə qlobal tələbat durmadan artır. Tələbatda ən böyük pay iqtisadiyyatı daha sürətlə bərpa olunan Çinə məxsusdur. Hazırkı vəziyyətdə qlobal süd təchizatında artım demək olar ki yoxdur və quru südün çatdırılmasında problemlər yaranır” - Fonterra-nin baş direktoru Miles Hurrel bildirib.
Artan tələbat ixracının üçdə bir hissəsini süd məhsulları təşkil edən və “Südün Səudiyyəsi” adlandırılan Yeni Zelandiya iqtisadiyyatı üçün yeni stimuldur. Ölkənin mərkəzi bankı bugünkü açıqlamasında əmtəə ixrac qiymətlərinin artması sayəsində iqtisadi artımın sürətləndiyini bildirib. Bəzi ekspertlər Yeni Zelandiyanın pandemiyadan sonra inkişaf etmiş ölkələr qrupunda faiz dərəcələrini artıracaq ilk ölkələr sırasında olacağını proqnozlaşdırır.
Aprel ayına qədər son 9 ayda vergi öhdəlikləri çıxıldıqdan sonra Fonterranın xalis mənfəəti 587 milyon NZ (423 milyon dollar) təşkil edib. Lakin, Fonterra iri müştəriləri ilə körpələr üçün süd, yağ və pendir təchizatı ilə əlaqədar bağladığı müqavilələrin şərtlərinə uyğun olaraq, südün xammal şəklində qiymət artımını satdığı məhsullara dərhal əlavə edə bilmir. Bu səbəbdən şirkət cari ilin son rübündə gəlirlərinin azalacağını gözləyir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























