2021-ci ildə qlobal bazarda radikal dəyişiklik edən 50 innovativ şirkət - SİYAHI
Onların 34-ü 1 milyard dollarlıq, 10-u isə 10 milyardlıq bazar dəyərini keçib.ABŞ-da hər il açıqlanan, mühüm texnoloji innovasiyalar və yeni məhsullarla qlobal bazarda ciddi dəyişikliklərə imza atan 50 şirkətin siyahısı - Disruptor 50 növbəti -doqquzuncu dəfə dərc olunub.
Marja amerikan KİV-lərinə istinadla xəbər verir ki, pandemiya şəraitində çevik texnoloji yeniliklər tətbiq edən və öz biznes modelləri, eləcə də sürətli artım templəri ilə liderə çevrilən şirkətlərin siyahısı bütün dünyadan analitikləri, aparıcı iqtisadçıları, bazar və texnologiya ekspertlərini, ən qabaqcıl universitetlərin professorlarını özündə cəmləşdirən 47 nəfərlik heyətin qiymətləndirməsi nəticəsində seçilib. Siyahıda kifayət qədər maraqlı adlar var.
PitchBook-un məlumatına əsasən, 72 milyard dollar vençur kapitalı cəlb edən 50 şirkətin ümumi bazar dəyəri 390 milyard dollara çatıb. Bu şirkətlərdən 34-ü 1 milyard dollarlıq, 10-u isə 10 milyard dollar həddində bazar dəyərini qazanıb.
Süni intellekt, 5G, bulud texnologiyaları və Əşyaların İnterneti kimi texnoloji yeniliklərə malik şirkətlər siyahıda çoxluq təşkil etsə də, onların sırasında maliyyə xidmətləri, tibbi müəssisələr, biotexnologiya, təhsil, ərzaq, media, kənd təsərrüfatı və nəqliyyat sahələrindən olan şirkətlər də mövcuddur. Ənənəvi texnologiya nəhəngləri qiymətləndirmə kriteriyasına görə siyahıya daxil edilməyib.
50 qabaqcıl innovativ texnoloji şirkətin siyahısı:
Şirkət adı Nominasiya
Robinhood Wall Street-in dostu-düşməni
Stripe İnternetin ÜDM-i
Discord Simasını dəyişən çat otağı
SentinelOne Günəş və Küləyin mərhəməti
Didi Chuxing 100 milyard $-lıq İPO-nuz yoldadır
Brex Startap iqtisadiyyatına layiq olanı verin
Marqeta Kartınızı ödəyənlər
Chime Bir banka bərabər proqram
Tytocare Təcili virtual qayğı
10. ElevateBio Dərin laboratoriya masası
11. K Health Səhiyyə proqramı sizi izləyir
12. Convoy Yükün beyin şəbəkəsi
13. Checkout.com Sövdələşmə münasibətləri
14. Indigo Ag Torpağın münbit qatı
15. Synk Açıq kodların zəif nöqtəsini tapmaq
16. Tempus Klinik həkimin ən yaxın xəbərçisi
17. Linea Logistics Buz kimi rahatlıq
18. Gojek Cənub-Şərqi Asiyanın mükəmməli
19. CLEAR İrəliləməyə davam!
20. TALA Layiq olana ləyaqətli qiymət
21. Flutterwave Afrika biznesinə can verin
22. Thrasio Amazon iqtisadiyyatına keçid
23. Relativity Space Planetlərarası gələcəyin memarı
24. Impossible Foods Mümkünsüzü mümkün et!
25. AMP Robotics Robotlar daha yaxşı emal edir
26. Neteera Tibbdə 6-cı hiss
27. Cockroach Labs Şirkət datasının dərinliklərinə en
28. Cityblock Health Hər kəs daha yaxşı tibbi qulluğa layiqdir
29. Udacity Yeni nəsil ixtisaslı kadrlar yetişdirək
30. Apeel Daha yaxşı qoruyucular
31. Sight Diagnostics İki damcı qanda hər şeyi gör
32. Cybereason Qaranlıqla savaşmaq
33. Clubhouse Sosiallaşmanın yeni sədası
34. Sila Nanotechnologies Elektromobil batereyaları düzəltmək asan məsələ deyil
35. Bestow Rəqəmsal keçid sığorta dünyasında
36. Gopuff Ac olanda dadına o çatar
37. Databricks Növbəti qar dənəciyi?
38. Ripple Kriptoqaydalara təlatüm gətirək
39. Plaid Fintech-in qapısı
40. Nubank Latın Amerikasında bankların qənimi
41. Flexport Təchizat zənciri iqtisadiyyatı
42. Flock-Freight Karbon-smart yükləyicilər
43. Eat JUST Yumurtamı? Toyuqmu?
44. Movandi 5G-ni əsl reallığa çevirmək
45. Footprint Sadəcə 3 söz: heç bir plastik!
46. Airtable Kodsuzlar üçün kod
47. BlocPower İqlim dəyişikliyinə qarşı blok-blok savaş
48. Patreon Kreativ şüşənin haqqını ver
49. Guild Edication Təhsil sərvətdir
50. Heal Evdə təbabətin yeni üsulları
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























