Bank BTB-də “MİDA” ipoteka kreditlərinin satışı davam edir
(®️) Bank BTB əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli şərtlərlə mənzil əldə etmək istəyən şəxslərə AİKZF vəsaiti hesabına güzəştli “MİDA” ipoteka kreditini 1 günə rəsmiləşdirir.
Belə ki, güzəştli ipoteka kreditini illik 4%-lə əldə etmək istəyən şəxslər Bank BTB-nin filial şəbəkəsinə yaxınlaşaraq bu imkandan yararlana bilərlər.
Qeyd edək ki, güzəştli mənzillərin satışı ilə əlaqədar “MİDA” ilə Bank BTB arasında əməkdaşlıq müqaviləsi 2017-ci il iyulun 31-də imzalanıb.
Bank BTB vasitəsilə 18 Dekabr 2020 tarixində “MİDA” MMC tərəfindən Hövsan Yaşayış Kompleksində satışa çıxarılan 501 mənzildən 185 mənzilin alınmasına 7 730 608 AZN olmaqla, 21 aprel 2021 tarixinə isə satışa çıxarılan 503 mənzildən 12 mənzilin alınması üçün 565 200 AZN həcmində kredit verilib və hal-hazırda satışlar davam edir.
Ümumilikdə bu günə kimi MİDA-nın satışa çıxardığı 988 mənzil AİKZF vəsaiti hesabına güzəştli ipoteka krediti ilə Bank BTB tərəfindən rəsmiləşdirilib.
Nəzərinizə çatdıraq ki, hazırda güzəştli mənzil əldə etmək üçün müraciət etmək mümkündür.
Güzəştli şərtlərlə mənzilə sahibi olmaq istəyənlər Bank BTB-nin filial şəbəkəsinə, onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























