Ekspeditor xidmətləri ƏDV-yə sıfır dərəcəsi ilə cəlb ediləcək
Aprelin 28-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşımalarda iştirak edən yerli şirkətlərlə onlayn formatda görüş keçirilib.
Xidmətin yaydığı məlumata görə, avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma zamanı vergilərlə bağlı yaranmış məsələlərin müzakirəsi məqsədilə keçirilmiş işgüzar görüşdə İqtisadiyyat Nazirliyinin, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının, AZPROMO-nun, Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri və avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində fəaliyyət göstərən logistik şirkətlərin təmsilçiləri iştirak ediblər.
Görüşdə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıyan şirkətlərin qarşılaşdıqları əsas çətinliklər və Dövlət Vergi Xidmətinin nəzarət sahəsinə düşən məsələlər ətrafında müzakirələr aparılıb.
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bu sahənin inkişafının dövlətin diqqət mərkəzində olduğunu qeyd edib, yükdaşımalar bazarında yerli şirkətlərin rəqabətə davamlılığının artırılmasının vacibliyni bildirib.
Tədbirdə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma zamanı vergilərlə bağlı yaranmış məsələlər, daşımalarda yerli şirkətlərin iştirak payının artırılması, yerli avtodaşıyıcıların rəqabət qabiliyyətinin artırılması, TİR parklarının yenilənməsi və artırılması, nəqliyyat ekspedisiya xidmətlərinin inkişaf etdirilməsi sahəsində vergitutma məsələləri müzakirə edilib.
Qeyd edilib ki, beynəlxalq yükdaşıma sahəsində nəqliyyat-ekspedisiya xidməti göstərən şirkətlərin fəaliyyətinə vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Ekspeditorların fəaliyyəti üzrə xidmətlərin ƏDV-yə sıfır dərəcəsi ilə cəlb edilməsi təklifi artıq cari il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə əlavə edilib.
Görüş iştirakçıları avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsinin inkişafı üçün təkliflər səsləndirib, şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb.
Tədbir iştirakçılarına beynəlxalq yükdaşıma sahəsində qaldırılmış bir sıra məsələlərə dair vergi qanunvericiliyi çərçivəsində cavablar verilib və sahibkarlar tərəfindən qarşılaşdıqları problemlərin necə rəsmiləşdirilməli olduğu izah edilib. Bildirilib ki, mövcud qanunvericilikdə onların fəaliyyətini məhdudlaşdıran hər hansı normalar yoxdur.
DVX nümayəndələri sahibkarlara metodiki dəstək üçün əməliyyatların rəsmiləşdirilməsi, xərclərin tanınması üçün zəruri tövsiyyələr və yazılı təlimatların təqdim ediləcəyini bildiriblər.
Tədbirdə müvafiq sahə üzrə vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı qaldırılan məsələlərin və təkliflərin diqqətdə saxlanılacağı qeyd olunub, habelə daşıyıcıların fəaliyyətinin rəsmiləşdirilməsi ilə bağlı Vergi siyasəti baş idarəsinin müvafiq strukturu ilə birlikdə müvafiq təlimatların hazırlanması sahəsində qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























