İcbari avtomobil sığortası ilə bağlı bunları bilirdiniz?
Azərbaycan cəmiyyətinin daim eşitdiyi icbari avtomobil sığortası (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) üzrə hər kəs yaxşı bilir ki, quraşdırılmış radarlar vasitəsilə icbari sığortası olmayan nəqliyyat vasitələrinin sahiblərinə inzibati cərimə tətbiq edilir. Bu isə sığortanın maarifləndirmə, kompensasiya etmə və tənzimləmə məqsədinə uyğun olmayan məlumatdır.
Əslində icbari avtomobil sığortası sürücünün təqsiri nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı başqalarının əmlakına və sağlamlığına dəyən zərərin əvəzini ödəmək məqsədilə tətbiq olunur. Burada əsas gözlənilən yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli sürücünün maddi vəziyyətindən asılı olmayaraq zərərçəkmişlərə dəyən zərərin əvəzinin sürücünün insafına buraxılmadan ödənilməsidir.
İcbari avtomobil sığortası üzrə sığorta şirkətləri tərəfindən hansı zərərlərin ödənilməsi (ödənişin həcmini azaltmaq əsas istək olduğu üçün) ətraflı bildirilmədiyi üçün "İnsurance Consalting Service" MMC olaraq bu araşdırmanı təqdim edirik.
İcbari avtomobil sığortası üzrə ödənilən zərərlər:
- piyadaların sağlamlığına dəyən zərərlər
- sərnişinlərin sağlamlığına dəyən zərərlər. Burada zərərvuran və ya zərərçəkənə məxsus nəqliyyat vasitəsində oturmasından asılı olmayaraq bütün sərnişinlər nəzərdə tutulur.
Sadəcə olaraq bir istisna var ki, təqsirli sürücünün və ya icbari sığorta müqaviləsi adına bağlanan şəxsin ailə üzvləri - ata-anası, yoldaşı və uşaqlarına dəyən zərər ödənilməyəcək. Şəxsin qardaş-bacısı sərnişin qismində əyləşərsə, onun sağlamlığına və əmlakına dəymiş zərər də ödənilir.
- nəqliyyat vasitəsi ilə toqquşma zamanı nəqliyyat vasitələrinə, yol nişan və qurğularına, təbiətə (ağaclar, bitkilər və s), əmlaka (dövlət, bələdiyyə, xüsusi mülkiyyət) dəyən zərərlər də ödənilir. Qeyd edək ki, istər sərnişinlərə, istərsə də piyada və ya hər hansı şəxsə məxsus daşınar əşyalara (pul, qiymətli daş, metal, sənət əsərləri, ixtiralar istisna olmaqla) dəyən zərər də ödənilir. Misal üçün hadisə zamanı sərnişinin telefonu, kompüteri də sıradan çıxıb və bu səlahiyyətli orqan tərəfindən qeydə alınıbsa, sığorta şirkəti zərəri ödəməlidir.
- kənd təsərrüfatı məhsulları və heyvanlarına dəyən zərərlər.
- velosiped, moped, yol örtüyünə dəymiş zərərlər
Hər bir halda hadisə zamanı zərər vurulmuş əmlak barədə məlumatlar səlahiyyətli orqanlar tərəfindən qeydə alındıqdan sonra sığorta şirkəti tərəfindən ödəniş vermək öhdəliyi yaranacaq.
"İnsurance Consalting Service" MMC-nin direktoru Aqil Nuriyev
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb






.jpg)





.jpg)




.jpg)








