Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür
(®️) Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daima dəstək olan Azercell şirkəti bu istiqamətdə icra etdiyi Tələbə Təqaüdü və Təcrübə Proqramlarının uğurlarını bölüşür. On ildən artıqdır reallaşdırılan bu proqramlar çərçivəsində hər il Azərbaycanın universitetlərində təhsil alan onlarla istedadlı gənc Azercell-dən xüsusi təqaüd və şirkətdə təcrübə keçmək imkanı qazanır.
Tələbə Təqaüdü proqramının iştirakçıları Azercell-in təqdim etdiyi dəstək hesabına fərdi inkişafa nail olaraq daha böyük uğurlar əldə ediblər. Proqram iştirakçısı olan tələbələr Azercell təqaüdünün onların həyatını dəyişdiyini, təhsillə bağlı ən böyük arzularını reallaşdırmasına yardımçı olduğunu bildirirlər.
Uğur və nailiyyətlərini bölüşən Azercell təqaüdçüləri qeyd edirlər ki, proqrama seçilmələri onların növbəti nailiyyətləri üçün güclü bir stimul olub. Gənclərin əksəriyyəti bu təqaüdü təhsil aldıqları ixtisas üzrə peşəkar təlimlərə xərcləməklə gələcəkdə uğurlu karyeralarının təməlini atmış olublar. Onlar Azercell təqaüdü hesabına proqramlaşdırma və dil biliklərini təkmilləşdirmək üçün müxtəlif ödənişli kurslara qatılıblar. Təqaüdçülərdən bəziləri bir sıra tədbir və konfranslarda, bilik yarışları və debat oyunlarında iştirak edərək qalib olublar. Tələbələrin bir neçəsi son bir il ərzində maraqlı və məsuliyyətli layihələrə cəlb olunduqlarını açıqlayıblar. Azercell təqaüdçüləri sırasında elmi müsabiqələrdə qalib çıxanlar, dünya səviyyəli şirkətlərdə təcrübə keçənlər, müxtəlif sahələr üzrə beynəlxalq sertifikatlar əldə edənlər, nüfuzlu elmi jurnallarda məqalə dərc etdirənlər var. Təqaüdçülərin əksəriyyəti IELTS beynəlxalq dil sertifikatını qazanaraq, onlayn platformalarda müstəqil surətdə təhsil alıblar. Azercell təqaüdünü magistr təhsilinə xərcləyənlər, təhsilini davam etdirmək üçün texniki avadanlıq alanlar da olub. Azercell təqaüdçüləri birmənalı olaraq hesab edirlər ki, bu proqramda qalib çıxmaq onların gələcək iş həyatları üçün müsbət addımdır.
Əhəmiyyətli faktlardan biri isə Azercell təcrübə proqramında iştirak edən tələbələrin sonradan şirkətdə işə qəbul edilməsidir. Təqaüdçülər şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etməklə təcrübə keçmək şansını əldə ediblər. Onların bir qismi Azercell-də iş təklifi alaraq uğurlu karyera qurmağa müvəffəq olub.
Belə ki, proqram iştirakçılarından bəziləri Azercell-in Marketinq, Rəqəmsal həllər və Partnyorluq, Texniki və Maliyyə departamentlərində işə qəbul olunublar.
2009-cu ildən etibarən “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində əsasən informasiya texnologiyaları üzrə ali təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Onlara bir il deyil, ümumilikdə təhsil müddətinin sonunadək hər ay 200 manat məbləğində təqaüd verilir. İndiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 235 tələbə Azercell şirkətinin təqaüdçüsü seçilib. Onlar arasında bakalavrlarla yanaşı, magistratura pilləsi üzrə təhsil alan gənclər də var. Bu il isə ikinci Qarabağ Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələr də həmin proqram çərçivəsində dəstəklənib.
Azercell gənclərin uğurlu karyera qurmasına kömək etmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına, həm də onların işlə təmin olunmasına dəstək məqsədi ilə 2007-ci ildən etibarən Təcrübə Proqramını da reallaşdırır. Hər il bu proqram çərçivəsində onlarla gənc Azercell-də təcrübə keçərək telekommunikasiya sahəsi üzrə biliklərini artırır və gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanırlar. Azercell mütəmadi olaraq əmək yarmarkalarında, karyera sərgilərində də fəal iştirak etməklə istedadlı gənclərin şirkətdə işə qəbuluna şərait yaradır.
Ümumilikdə 2007-ci ildən indiyə qədər 231 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 31 isə şirkətdə işlə təmin olunub.
Təhsilə dəstək fəaliyyəti sosial məsuliyyət strategiyasının əsas sahəsi olan Azercell şirkəti Azərbaycanın bir çox qabaqcıl ali təhsil məktəbləri ilə əməkdaşlıq edir. Şirkət Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncədə Azərbaycan Texnologiya Universiteti və Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq memorandumları imzalayıb. Bu sazişlər çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunması, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
9 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
9 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
9 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)






.jpg)






