Mart ayında elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 mln. kVt·st artaraq 2364,3 mln. kVt·st olub. Ay ərzində elektrik enerjisinin ixracı 175,1 mln. kVt·st, idxalı isə 11,0 mln. kVt·st təşkil edib.
Cari ilin yanvar-mart aylarında isə respublikada elektrik enerjisinin istehsalı 6924,9 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 59,1 mln. kVt·st azalaraq 6604,0 mln. kVt·st, SES-lərdə 15,69 mln. kVt·st artaraq 236,09 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,7 mln. kVt·st azalaraq 84,9 mln. kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 22,56 mln. kVt·st, günəş elektrik stansiyalarında 9,2 mln. kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 53,14 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6257,2 mln. kVt·ts (İES-lərdə 6041,3 mln. kVt·st, SES-lərdə 215,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,64 mln. kVt·st (İES-lərdə 56,08 mln. kVt·st, SES-lərdə 17,13 mln. kVt·st, GES-də 8,43 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 569,8 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 16,24 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 32,1 mln. kVt·st olub. İrandan 8,2 mln. kVt·st, Rusiyadan 15,3 mln. kVt·st, Gürcüstandan isə 8,6 mln. kVt·st elektrik enerjisi idxal edilib.
2021-ci ilin 3 ayı ərzində elektrik enerjisinin ixracı 509,0 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9 mln. kVt·st artıb. İrana 8,3 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 23,1 mln. kVt·st, Gürcüstana isə 464,9 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
50 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)





.jpg)






