Kazino operatoruna 6 milyard dollarlıq təklif
Sövdələşmə baş tutsa, Avstraliyanın ən böyük qumar şəbəkəsi amerikanlara keçəcək.ABŞ-ın alternativ investisiyalar şirkəti, 2020-ci ildə idarəçiliyi altındakı aktivlərin həcmi 619 milyard dollar təşkil edən Blackstone Group Avstraliyanın kazino operatoru Crown Resorts Ltd.-ni almaq üçün yenilənmiş qiymət təklifi təqdim edib.
Marja xəbər verir ki, hazırda mütəşəkkil cinayətkar qruplarla müəyyən əlaqələrinin olması şübhəsi ilə Avstraliya hüquq-mühafizə orqanları tərəfindən haqqında iki ştatda - Viktoriya və Qərbi Avstraliyada araşdırmalara başlanan şirkət üçün bu təklif xilas planı deməkdir. Artıq digər iri şəhərdə - Sidneydə Crown Resort-un kazino fəaliyyəti dondurulub.
Hazırda kazino operatorunun səhmlərinin 10%-nə malik Blackstone Group ötən ay qalan payların 37%-ni satın almaq üçün bir səhmə görə 11,85 Avstraliya dolları təklif etmişdi. Bu isə Crown Resortsun bazar dəyərini təxminən 8 milyard Avstraliya dollarına (6,1 milyard dollar) yüksəldib. Bununla da şirkətin təsisçisi Ceyms Parker təxminən 2,9 milyard Avstraliya dolları (2,2 milyard dollar) qazanacaq.
2007-ci ildə daha çox media və əyləncəli oyunlar şirkəti kimi “Publishing & Broadcasting Limited” adı ilə qurulan Crown Resorts hazırda Asvtraliyanın ən böyük qumar və əyləncəli oyunlar operatoru və Melburn, Sidney, Bursvud kimi şəhərlərdə bahalı kazinoların sahibidir. 2008-ci ldə dünyanın qumar və əyləncəli oyunlar mərkəzi Las-Veqasda möhkəmlənmək üçün Cənubi Floridadakı hotel və kazino şirkəti Fontainebleau Resortsun 19 faizini 250 milyon dollara alsa da, növbəti il ABŞ operatorunun digər investorları öz sərmayələrini geri çəkdilər və Crown Resorts iri məbləğdə ziyana məruz qaldı. 2014-cü ildə Las-Veqasda başqa bir oteli 280 milyon dollara alan Crown Resorts ABŞ-ın ən bahalı otellərindən birini - 6 milyard dollara başa gələcək “Alon Las-Veqas”ı tikib 2018-ci ildə istifadəyə verəcəyəni elan etdi. Lakin 2016-cı ildə tikinti işləri dayandırıldı və Crown bu dəfə ABŞ bazarını birdəfəlik tərk etdi.
Blacstone Group ilə sövdələşmənin bu ilin 3-cü rübündə yekunlaşacağı gözlənilir. Həmçinin, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmaların nəticələri avqust-noyabr aylarında bəlli olacaq. Blackstone hələlik heç bir şərh verməsə də, Crown Resorts təklifin hazırda direktorlar şurasında müzakirə edildiyini bildirib.
(1 dollar = 1.31 Avstraliya dolları)
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 35 d. əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























