Hər biri 20 hektarda olmaqla 55 fermer təsərrüfatı yaradılacaq
Regiona səfər çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevlə görüşündə Yevlaxda kiçik və orta biznesin inkişafı, yerli resursların fəal dövriyyəyə cəlb olunması, Yevlax Pilot Aqroparkının yaradılması, bu sahədə kiçik və orta biznesin iştirakı məsələləri müzakirə edilib.
Qeyd edək ki, aqroparkın fermerlər üçün ayrılacaq sahəsində hər biri 20 hektarda olmaqla 55 fermer təsərrüfatının təşkili, sənaye təyinatlı sahədə isə sahibkarlıq subyektləri tərəfindən emal müəssisələrinin qurulması nəzərdə tutulur.
Mingəçevirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla yerli ehtiyatlardan səmərəli istifadə olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, Mingəçevir turizm klasterinin yaradılması məsələlərini müzakirə edib.
Səfər zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik fabriklərində istehsal prosesi ilə tanış olub, istehsalın həcminin artırılması, yeni istehsalat sahələrinin və iş yerlərinin yaradılması məsələləri müzakirə edilib.
Mingəçevir Sənaye Parkının ərazisində “Mingəçevir Tekstil” MMC-nin iki iplik istehsalı fabriki fəaliyyət göstərir. 14,5 hektar sahədə təşkil edilmiş və investisiya dəyəri 93,5 milyon ABŞ dolları olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir avadanlıqlarla təchiz olunmuş və Almaniya, İsveçrə, Yaponiya və Türkiyənin qabaqcıl texnologiyaları əsasında fəaliyyət göstərən müəssisələrdə 450-dən çox işçi çalışır. İllik istehsal gücü 20 min ton olan fabriklərdə pambıq mahlıcından müxtəlif çeşiddə iplik istehsal olunur. Fabriklərdə yerli xammaldan istifadə edilir. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, Türkiyə və digər ölkələrə ixrac olunur.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 d. əvvəl
-
10 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
-
15 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 44 d. əvvəl
-
46 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
54 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın ixracı və idxalı azalıb
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Ən çox oxunanlar
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub





.jpg)
.jpg)









.jpg)





