"Ziraat Bank Azərbaycan"da vakansiyalar!
1. Əməliyyat Departamentinə Klirinq üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsinə işə dəvət edirik
Vəzifəyə olan tələblər:
• Ali iqtisadi təhsil;
• Müvafiq sahədə 2 il iş təcrübəsi;
• Kompüter bilikləri (MS Office, Internet);
• Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
• Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
• Günsonu fayllarının (kart hesabları, POS və ATM üzrə əməliyyatlar) prosessinq mərkəzindən qəbulu və bank proqramına tanıdılması/müxabirləşmələrin icra edilməsi və günsonu balansın prosessinq mərkəzinə göndərilməsi;
• “Issuing” və “Ekvayring” əməliyyatları üzrə Bank sponsor, Azərikarddaxili və Azərikardxarici banklarla gündəlik klirinqin aparılması, hesab qalıqlarına nəzarət;
• Pos-terminal müqavilələrinin bankın proqramına tanımlanması və müvafiq sənədləşmənin prosessinq mərkəzinə göndərilməsi;
• ATM İnkassasiya öncəsi və sonrası müvafiq aktların yoxlanılması;
• POS terminalların fəaliyyətinin aylıq monitorinqi;
• Kart əməliyyatları, habelə bankın ATM və POS terminallarında aparılmış əməliyyatlara dair "Etiraz əməliyyatları" və mübahisəli əməliyyatlar üzrə işin aparılması;
• Kart əməliyyatları üzrə limitlərin təyin edilməsində iştirak və tətbiqinin təmin edilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər Aprel ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Klirinq” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
XXX
2.İnformasiya Texnologiyaları departamentində Sistem administratoru vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• Müvafiq sahə üzrə Ali təhsil;
• RHСSA, MCSA, MCSE üzrə biliklər;
• LoadBalancer/Failower sistemlərinin qurulması və idarə olunması (citrix və s.);
• Administrator səviyyəsində Red Hat, Windows əməliyyat sistemləri ilə çalışma bacarığı;
• Windows və Linux server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
• VMWare əsaslı virtual maşınların idarə olunması;
• “Bank storage”-lərinin idarə edilməsi (Dell və s.);
• “Backup” sisteminin idarə ediməsi (BackupExec);
• “Bank Firewall”-rının idarə edilməsi (PaloAlto, ASA);
• Tapşırıqların texniki həllinə analitik yanaşmaq;
• Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
• Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq;
• Monitorinq alətlərdən istifadə etmək bacarığı (PRTG və.s);
Əsas vəzifələr:
• Linux və Windows-a əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi;
• IT sistem nasazlıqlarının qarşısının alınması və problemlərin həll edilməsi;
• Birgə tapşırıqlar üzərində komandada çalışmaq;
• Yeni servisləri fərqli tapşırıqlar əsasında təkmilləşdirmək;
• Bankın mövcüd infrastrukturunu idarə etmək və təkmilləşdirmək;
• Server otağına nəzarəti yerinə yetirmək;
• Gündəlik “backup”-lara, “storage”-lərə nəzarət etmək;
• Lazım olduqda “Main site”-dan “DR site”-a keçidini təşkil etmək.
Göstərilən tələblərə cavab verən namizədlər aprel ayının 10-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Sistem administratoru” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
5 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
7 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
7 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
























.jpg)
