ASA ilə Aqrar Sığorta Fondu memorandum imzaladı
Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Aqrar Sığorta Fondu arasında sığorta sektorunun inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
ASA-dan Marja-ya verilən məlumata görə, iki qurum arasında keçirilən görüşdə növbəti mərhələdə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bu əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirərək, bunun növbəti mərhələdə sektorun inkişafı ilə bağlı prioritetlərin birgə realizə olunmasına təkan verəcəyini bildirib. İcraçı direktor onu da vurğuladı ki, sığorta sektoruna aid olan bütün qurumların imkanlarını vahid istiqamətdə dəyərləndirilmək və bununla da bazarın inkişaf dinamikasına təkan vermək ASA-nın başlıca prioritetidir.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov da öz növbəsində əldə olunmuş anlaşmanın ölkədə yeni tətbiq edilməkdə olan aqrar sığorta mexanizminin inkişafını, mövcud və potensial sığortaolunan kontingentində aqrar sığorta vərdişlərinin formalaşmasını stimullaşdıracağına əminliyini qeyd edib.
Görüşün sonunda iki qurum arasında həm aqrar sığorta xidmətlərinin, həm də ümumilikdə yerli sığorta bazarının inkişafına hədəflənən qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 19 d. əvvəl
- 28 d. əvvəl
-
39 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 43 d. əvvəl
-
55 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb













.jpg)



.jpg)








