Qlobal aviaşirkətlər rekord həcmdə borclanır
Ötən il bu rəqəm 43 milyard dollar təşkil edib.
İlin əvvəlindən başlayaraq, bir sıra qlobal aviaşirkətlər qarşıdan gələn yay turizm fəslinə hazırlaşmaq üçün istiqraz bazarında təxminən 16,6 milyard dollar vəsait cəlb edib. Marja xəbər verir ki, müvafiq sahədə məlumat və statistika təqdim edən Dealogic bu rəqəmin ötən ilin ikinci rübündə əldə edilmiş 17,5 milyard dollara nisbətən az olduğunu bildirib. Ümumilikdə 2020-ci il ərzində qlobal daşıyıcılar 43 milyard dollarlıq istiqraz və digər qiymətli kağızlar buraxıb.
Fitch Ratings-in kommunal xidmətlər və nəqliyyat bölməsinin rəhbəri Josef Pospisilin fikrincə, investorlar koronavirusa qarşı vaksin prosesinin turizm sektoruna müsbət təsirinə inanır və bu səbəbdən iri aviakompaniyalara kifayət qədər yatırımlar edir. Avropa nəhənglərindən British Airways-in sahibi IAG və ən rəqabət qabiliyyətli loukosterlərdən easyJet hər biri ayrı-ayrı istiqraz buraxılışlarında 1,2 milyard avro (1,4 milyard dollar) vəsait cəlb edə bilib.
Qlobal aviaşirkətlərin pandemiya səbəbindən bir sıra xərcləri azaltmasına baxmayaraq, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bu il onların ümumilikdə ən azı 95 milyard dollar xərcləyəcəyini proqnozlaşdırır. ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Administrasiyası isə cari ilin mart ayında bir gündə düşən sərnişin sayının 1 milyon nəfəri keçdiyini açıqlayıb. Bu rəqəm 2019-cu ildə qeydə alınmış bir gündə 2 milyon sərnişin göstəricisindən kifayət qədər azdır, lakin 2020-ci ilin ikinci yarısı ilə müqayisədə müsbət dinamikanı göstərir.
Ən böyük amerikan aviaşirkətlərindən olan American Airlines mart ayında bu sənayedə bir şirkətin əldə etdiyi rekord göstərici - 10 milyard dollarlıq vəsait cəlb edib ki, bunun da 6,5 milyard dolları yüksək gəlirli istiqrazların, 3,5 milyard dolları birbaşa kreditlərin payına düşür. Ekspertlər bu vəsaitin bir günə 30 milyon dollar xərcləyən American Airlines üçün bir il yarım müddətinə likvidlik problemini həll edəcəyini qeyd edir.
Proseslər aviaşirkətlərin səhmlərinə də marağı artırıb. MCSI-nin aviaşirkətlər indeksi ötən ilin noyabrından etibarən 44% artıb. Hazırda birjalarda əksər qlobal aviaşirkətlərin səhmlərində 1-3% bahalaşma müşahidə olunur.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























