Qumardan gələn qazanc - 650 milyon dollar!
Yaxud İngiltərə baş nazirindən 3100 dəfə çox qazanmaq maraqlı hiss olsun gərək...Marja xəbər verir ki, Böyük Britaniyanın onlayn mərc oyunları saytı www.bet365.com -un rəhbəri Denise Koates ötən il 469 milyon funt-sterlinq (650 milyon dollar) həcmində qazanc əldə edib. Şirkətin baş icraçı direktoru olan Xanım Koatesin əməkhaqqısı bir ildə 52% artaraq, 421 milyon funta çatıb. Əlavə 28 milyon funt isə Koatesə səhmlərin 50 faizinin sahibi kimi dividend olaraq ödənilib.
Bu göstərici ilə artıq ardıcıl bir neçə ildir ki, Dumanlı Albionun ən çox maaş alan şirkət rəhbəri olan Koates Böyük Britaniya baş nazirinin rəsmi əmək haqqından (təxminən illik 150 min funt) 3100 dəfə çox qazanır. Onun bir saata qazandığı 54 min funt yekunda İngiltərənin 100 ən böyük şirkət rəhbərlərinin aldığı əmək haqqından yüksəkdir. Xanım Koates TetraPak şirkətinin əsas payçılarından olan Marit və Kirsten Rausing, dünyanın ikinci ən böyük içki istehsalçısı Heineken-in 25%-nin sahibi Şarlen de Karvalyo-Heineken və bəstəkar, keçmiş Miss UK titulunun qalibi Kirsti Bertarellidən sonra Böyük Britaniyanın beşinci ən varlı qadın biznesmenidir.
2000-ci ildə eBay-dan aldığı domen adı ilə Bet365-i quran Denise Koates həm də Böyük Britaniyalı milyarder, Stok Siti futbol klubunun sahibi Peter Koatesin qızıdır. Hazırda ailənin ümumi varidatı 7 milyard funt-sterlinq (9,7 milyard dollar) qiymətləndirilir. Pandemiya səbəbindən beynəlxalq idman yarışlarının əksəriyyətinin ləğv edilməsi Bet365-in də səhmlərini 8% - 2.8 milyard funta kimi ucuzlaşdırıb. Ötən il şirkətin mənfəəti 74% azalıb, lakin bu ona rəhbər işçilərə kifayət qədər yüksək maaş və bonuslar ödəməkdə mane olmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
7 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)






.jpg)






