Yaponiya iqtisadiyyatı dirçəlir - postpandemiya perspektivləri
Asiyanın ən böyük inkişaf etmiş iqtisadiyyatı 2021-ci ilin ilk rübündə müsbət göstəricilər nümayiş etdirə bilib.Yaponiyanın mərkəzi bankı, yaxud beynəlxalq adı ilə - Bank of Japan böyük istehsalçılar üzrə Tankan indeksinin 2021-ci ilin ilk rübü üzrə yeni göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, indeks 15 bənd artaraq, +5 göstəricisində qərarlaşıb, bu isə əksər analitiklərin proqnozlaşdırdığı -2 ilə müqayisədə kifayət qədər yaxşı artımdır. Qlobal vaksin prosesinin sürətlənməsi, Çində son aylarda iqtisadiyyatın sürətlə böyüməsi və ABŞ iqtisadiyyatında tətbiq olunan stimullaşdırma tədbirləri yapon biznesmenlərini də ümidləndirib.
Rüblük Tanken indeksi yapon iqtisadiyyatı haqqında ən yaxşı təsəvvür yaradan məlumat toplularından biridir və Bank of Japan biznesin vəziyyətini müşahidə etmək üçün bu indeksin mütəmadi monitorinqini aparır. Araşdırma 10 minə yaxın şirkəti əhatə edir və onların 99%-i həmişə bütün sualları cavablandırırlar. Sənayenin dövri sahələrində, o cümlədən neft sektorunda respondentlərin əksəriyyətinin cari illə bağlı münasibəti mənfi 19-dan müsbət 19-a, qara metallurgiyada mənfi 25-dən müsbət 5-ə, kimya sənayesində mənfi 5-dən müsbət 5-ə, avtomobil sektorunda mənfi 13-dən müsbət 10-a, əksər məhsulları Çinə ixrac olunan istehsal avadanlıqlarında isə mənfi 21-dən müsbət 8-ə qədər dəyişmişdir.
Nikko Asset Management-in baş qlobal strateqi Con Vail yapon şirkətlərinin ABŞ-dakı həmkarlarından fərqli olaraq daha ehtiyatlı davrandığını və bu baxımdan Avropa İttifaqındakı biznes seqmentinə bənzədiyin bildirib: “Baxmayaraq ki, hələ də çip böhranı davam edir, bütövlükdə iqtisadiyyatda, o cümlədən avtomobil sənayesində iqtisadi artım daha sürətlə baş verməlidir”.
Yapon şirkətləri bu il iqtisadiyyata yatırılan investisiyaların 3 % artacağını və milli valyutanın dollara nisbətdə məzənnəsinin hazırkı 1 dollar = 110 yenlə müqayisədə sabitləşərək 1 dollar = 106 yendə qərarlaşacağını proqnozlaşdırır. Xatırladaq ki, Yaponiya hökuməti bu ilin əvvəlində koronavirusla mübarizə və iqtisadi aktivliyin artırılması üçün 73 trilyon yenlik (təqribən 660 milyard dollarlıq) üçüncü stimullaşdırma paketini təsdiq edib.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























