Xiaomi Apple və Samsung-a meydan oxuyur - YENI PREMİUM SMARTFONLAR GƏLİR
Şirkət bununla Huawei-nin itirdiyi qlobal bazar payını da tam ələ keçirmək niyyətindədir.Çinin qlobal ağıllı mobil telefonlar istehsalçısı Xiamoi ötən gün - martın 29-da keçirdiyi təqdimatda yeni Mi11 seriyasının istehsalına başladığını elan edib.
Marja xəbər verir ki, şirkət artıq Mi11 Ultra, Mi11 Pro, Mi11 Lite və Mi11 Lite 5G modelli telefonların satışına başlayır. Bunların içərisində xüsusilə M 11 Ultra beynəlxalq bazarların premium seqmenti üçün nəzərdə tutulub və 914 dollardan başlayır. Sözügedən modelin daha təkmilləşmiş versiyası isə 1066 dollara təklfi olunacaq.
Yeni M11 Ultra modeli üçlü sensoru, enerjiyə qənaət edən kamerası və daha keyfiyyətli zoom-u, 6.81 düymlük ekranı, 5G rabitəsi və daxildəki Qualcomm Snapdragon 888 mikroprosessoru ilə seçilir. Xiaomi bu modelini bazardakı ən böyük rəqiblərinin öyündükləri super telefonlara - Iphone 12 Pro Max və Samsung Galaxy S20 Ultra-ya qarşı başabaş mübarizədə əsas silah olaraq çıxarır.
Şirkət həmçinin son zamanlar təkcə Çin bazarında güclənməklə kifayətlənməyib yeni regionlara, xüsusən Avropa bazarına ayaq açan yerli şirkətlər - Oppo və Vivo ilə də amansız rəqabət aparmaqda qərarlıdır. “Ötən ilin əvvəllərində biz artıq daha yüksək tələbatlı bazarlara daxil olmağa başladıq. Düşünürəm ki, artıq premium seqmentlər bazarında öz mövqeyimizi tuta bilmişik” - Xiaomi-nin rəhbəri Lei Jun bildirib.
Xiaomi iki ilə yaxındır ki, ABŞ-ın sanksiyalar siyahısına düşərək qlobal bazarlarda geriləyən digər Çin nəhəngi Huawei-nin itirdiyi mövqeləri də tutmaq niyyətindədir. Xatırladaq ki, 2019-cu ildə ABŞ-Çin iqtisadi müharibəsinin yeni dalğası texnologiya sektoruna sirayət etmiş, Huawei-yə amerikan texnoloji məhsulları, o cümlədən smartfonlar üçün olduqca zəruri mikroçiplərin təchizatı qadağan edilmişdi. Google isə Huawei-nin öz smarftonlarında Android əməliyyat sistemindən istifadəsini məhdudlaşdırmışdı. Bu tədbirlər qlobal bazarda Huawei smartfonlarının satışını kəskin aşağı salıb. Şirkətin toplam satışları 2020-ci ilin dördüncü rübündə əvvəlki ilə nisbətən 41%, Avropa bazarlarında isə 62% azalıb.
Huawei-nin əksinə olaraq Xiaomi, eləcə də onun yeni Çinli rəqibləri Oppo və Vivo 2020-ci ilin son rübündə ikirəqəmli artıma nail olublar. Xiaomi ötən il smartfon istehsalı və satışında 146.4 milyon ədəd telefonla dünya üçüncüsünə çevrilib. Şirkətin 2020-ci ildəki ümumi gəliri 246 milyard yuan (37,5 milyard dollar), xalis mənfəəti 490 milyon dollar təşkil edib.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib



















.jpg)





