“Süveyş tıxacı” - qlobal təchizat zəncirində böyük qırılma
Dünya iqtisadiyyatının tutulan damarlarından biri nə zaman açılacaq?Martın 24-dən bağlı olan Süveyş kanalının nə zaman qlobal gəmi tranzitinə açılması hələ də qeyri-müəyyən olaraq qalır.
Marja xəbər verir ki, dünyanın ən nəhəng konteyner daşıyan gəmilərindən olan Ever Given-in qum fırtınası səbəbindən sahillə toqquşaraq saya oturması nəticəsində qlobal tranzit dəniz marşrutlarından biri təxminən bir həftəyə yaxındır ki, hərəkətə bağlıdır.
Yaranmış vəziyyət Misir hökuməti üçün gündəlik 14-15 milyon dollar itki, dünya bazarı üçün hər saat ən azı 400 milyon dollarlıq malın təchizatında ləngimə, qlobal ticarət üçün isə sutkalıq 10 milyard dollar ziyan deməkdir.
Artıq bir neçə gündür ki, Süveyş Kanal İdarəsinin, gəmini inşa edən yapon şirkəti Imabari Shipbuilding-in, eləcə də icarə əsasında işlədən Tayvanın Evergreen Marine şirkətinin birgə səyləri ilə gəminin saya oturmuş burun hissəsindən kanalın dibini dərinləşdirərək onun öz marşrutuna geri qaytarılmasına cəhd edilir. Lakin 247 min tonluq nəhəng konteynerdaşıyanı asanlıqla öz “məcrasına” salmaq mümkün deyil. Misir prezidenti Əbdülfəttah əl Sissi artıq bugündən etibarən gəmidəki 18 mindən artıq konteynerin boşaldılmasına hazır olmağı tapşırıb.
Hazırda 300-dən artıq gəmi hər iki istiqamətdə - həm Orta Şərqdən Avropaya, həm də Aralıq dənizindən Asiyaya uzanan dəniz yolundakı bu kanalı keçmək üçün növbə gözləyir. Bu isə ən azı 12 milyon ton mal deməkdir, bunların 34%-i içində müxtəlif təyinatlı məhsullar olan konteynerlərdən, 24.6%-i xam neftdən, 6.7%-i dəmir və digər metallardan, 6.4%-i emal edilmiş neft məhsullarından, 6.1%-i taxıldan, 6%-i kömürdən, 6%-i sıxılmış maye qazdan, 5.2%-i gübrələrdən, 2.2%-i avtomobillərdən və 2.7%-i digər mallardan ibarətdir. Artıq ABŞ və Avropadan gələn bir sıra gəmilər tıxacda ilişib qalmamaq üçün Atlantik Okeanında böyük manevr edərək, Cənubi Afrikanın Ümid burnundan keçib öz yollarına davam etmək qərarına gəliblər, bu isə əlavə 6-7 gün vaxt itkisi deməkdir. Üstəlik, Afrika dəniz quldurlarının hücumu da əsas təhlükələrdən biri olaraq qalır.
Məlumat üçün bildirək ki, qlobal ticarət axınının 12%-ni təşkil edən Süveyş kanalından gündə təxminən 50, ay ərzində isə 1500-ə yaxın gəmi keçir. Tranzit daşımaların 30%-i ərzaq və digər quru formada yüklərin, 25%-i konteyner gəmilərinin, 15%-i isə yanacaq tankerlərinin payına düşür. Refinitiv-in təqdim etdiyi məlumata əsasən, 2020-ci ildə kanal vasitəsilə 18597 gəmi öz yükünü nəql edib.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























