Silikon vadisinin "sakinindən" tarixi rekord - 95 MİLYARD DOLLARLIQ BAZAR DƏYƏRİ
Onlayn ödəniş və maliyyə xidmətləri provayderi Stripe şirkətinin bazar dəyəri son bir ildə 3 dəfədən çox artıb.Son maliyyələşmədə 600 milyon dollar səhm kapitalı cəlb edən Stripe şirkəti bununla da öz bazar dəyərini 95 milyard dollara çatdıraraq, hazırda ABŞ-ın Silikon Vadisinin ən dəyərli özəl şirkətinə çevrilib.
Marja xəbər verir ki, yeni investorlar arasında İrlandiyanın Milli Xəzinədarlıq İdarəetmə Agentliyi, Allianz, Fidelity, Baillie Gifford, AXA və Sequoia Capital kimi nəhənglər də var.
2010-cu ildə İrlandiyalı iki qardaş – Patrik və Con Kollisonlar tərəfindən yaradılan şirkətin ilk investorları PayPalın təsisçiləri Elon Mask və Peter Thiel, eləcə də Silikon Vadisinin startap akseleratoru Y Combinator olub. Qardaşlar hələ 2008-ci ildə cəmi 18-20 yaşlarında Ebay satıcıları üçün qurduqları ilk şirkətləri - Auctomatic-i 3 milyon dollara sataraq, milyonerə çevrilmişdilər. Hazırda isə Stripe elektron ticarət və rəqəmsal ödənişlər sahəsində ixtisaslaşan əsas rəqiblərini – Adyen və Square-i, eləcə də Londonun iri startapı olan və bu ilin yanvar ayında birjalarda 15 milyard dollar bazar dəyərinə çatan Checkout.com-u da üstələyib.
Ötən ildən dünyanı cənginə alan pandemiya Stripe kimi şirkətlərin göstərdiyi xidmətləri daha da aktuallaşdırıb. Karantin tədbirlərinin başlamasından etibarən təkcə Avropada 200 mindən çox şirkət Stripe-ın platformasında qeydiyyatdan keçib. Con Kollison bildirir ki, 2020-ci ildə şirkətin tətbiqi proqram interfeysi hər saniyədə təxminən 5000 sorğunu emal edib, bura həm ödənişlər, həm geri qaytarmalar, müştəri məlumatlarının yoxlanışı və həm də digər müxtəlif xarakterli müraciətlər daxildir.
“Stripe-ın hazırkı dəyəri biz 2010-cu ildə fəaliyyətə başlayanda qlobal elektron ticarət bazarının malik olduğu ümumi dəyərdən daha çoxdur” – Kollison qeyd edir. 30 və 32 yaşlı iki qardaşın rəhbərliyi altında sürətlə böyüyən şirkət hazırkı göstəriciləri ilə Facebook və Uber-in IPO bazarına çıxmazdan əvvəlki dövrdə əldə etdiyi bazar dəyərini də ötüb. Mark Zuckerberg şirkəti 2012-ci ildə IPO-ya çıxarmazdan öncə Facebook-un bazar dəyəri cəmi 80 milyard dollar idi, Uber 2019-cu ildə Səhmlərin İlkin kütləvi Yerləşdirilməsinə getməzdən öncə isə 72 milyard dollara qədər artmışdı.
Stripe sürətli inkişaf strategiyasını əsas götürərək, rəhbərliyə də bir sıra nüfuzlu və təcrübəli ekspertləri cəlb edib. İngiltərə Bankının keçmiş direktoru Mark Karney və Aon-un baş maliyyə direktoru Krista Davies bu ilin əvvəlində şirkətin Direktorlar Şurasına qatılıb. Stripe həmçinin General Motorsun keçmiş icraçı vitse-prezidenti və baş maliyyəçisi Dhivya Suryadevaranı yeni maliyyə direktoru təyin edib.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
7 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
8 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
8 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























