TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
(®️) Azərbaycan Beynəlxalq Bankının TamKart debet və ya kredit kart məhsuluna sahib olan şəxslər indi böyük bir üstünlük də qazanır. Bankın elan etdiyi yeni kampaniya çərçivəsində TamKart sahiblərinin ƏDV faizlərini geri almaq üçün hər ödənişdən sonra 30 günədək gözləmələrinə gərək yoxdur.
Müştəri TamKart sahibi olduqda onun 100 manatadək bütün ödəniş qəbzlərinin ƏDV faizi “ƏDV geri al” kartına dərhal daxil olur. Bunun üçün müştəri sadəcə alış-verişdən sonra ona verilmiş qəbzi https://edvgerial.ibar.az portalında və ya IBA Mobile tətbiqində oxutmalıdır. Müştərinin bu kampaniyadan yararlanmaq üçün sadəcə TamKart debet və ya kredit kart sahibi olması yetərlidir. Onun alış-verişlərinə görə ödənişləri TamKartla aparması mühüm deyil. Kampaniya TamKart sahibinin həm müxtəlif kartlarla apardığı nağdsız alış-verişlərin, həm də nağd ödənişlərin ƏDV faizlərinə aiddir. Nağd ödənişlərdə ƏDV faizinin 10%-i, nağdsız ödənişdə isə 15%-i geri qayıdır. TamKartlılar üçün keçirilən bu kampaniya 6 aprel tarixinədək davam edəcək.
Bu kampaniyadan bütün TamKart sahibləri faydalana bilər. Bunun üçün sadəcə IBA Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud https://edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır. Bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar.
Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə IBA Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























