Avro müsbət göstəricilər ilə bahalaşır
Avrozona iqtisadiyyatına dair fundamental göstəricilərin müsbət açıqlanması, EUR/USD məzənnəsinin bahalaşmasına səbəb olur. Digər tərəfdən Avropa Mərkəzi Bank sədrinin bazar ertəsi istiqraz bazarlarında gəlirliyi də nəzarətdə saxladıqlarını bildirməsi, yumşaq monetar siyasətin daha uzun müddət davam edəcəyi ehtimallarını artırır. Bu isə avroda bahalaşmanın məhdud qala biləcəyinə işarədir. Bununla yanaşı, investorlar Amerikadan inflyasiya göstəricilərini də diqqət mərkəzində saxlayırlar və bu istiqamətdə formalaşan proqnozlar da avro/dollar gələcək məzənnəsində böyük rol oynayaqcaqdır.
GBP/USD məzənnəsi də bahalaşan neft qiymətləri və İngiltərə Mərkəzi Bankın monetar siyasətində əlavə yumşalma tədbirlərinə getmədiyi üçün maksimum səviyyələrini yeniləməkdədir.
USD/TRY və USD/JPY məzənnələrinin isə müvafiq olaraq 6.96 lirə və 105 yen dəstək səviyyələrinin üzərində möhkəmləndiyi müşahidə edilir.
Əlvan metallar bazarlarında qızılın qiyməti də foreks bazarlarında ucuzlaşan dollar fonunda dəyər qazanmaqdadır. Qızıla alternativ sərmayə maliyyə aləti kimi yanaşılan bitkoin isə 46600$-a kimi korreksiya etdikdən sonra yenidən bahalaşmağa başlayıb. Hazırda 49800$-a ticarət edilən BTC/USD məzənnəsi üzrə 44000, 48000 və 54000$ müvafiq olaraq gələcək günlərin önəmli dəstək və müqavimət səviyyələri olacaqdır. Orta müddətli perspektivdə önəmli növbəti müqavimət səviyyəsi 73600$-dır. Riplin də 0.50$-ın üzərində dəstək görəcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 3 d. əvvəl
-
- 50 d. əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib






.jpg)








.jpg)






