Hesab.az -da 2 Qat qazananlardan olun!
®️ Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Goldenpay/Hesab.az onlayn xidmətlər platforması ilə Bakcell şirkətinin birgə təqdim etdikləri yeni ilə özəl kampaniya olduqca uğurla tamamlanmışdır.
İstifadəçilərin rəy və istəklərini nəzərə alaraq bu kampaniyaya yenidən start verilib.
Bakcell və Hesab.az-ın birgə təqdim etdiyi kampaniyada 08 Fevral - 08 Mart tarixləri arasında qeydiyyatlı şəkildə Hesab.az-dan “Ulduzum” kodu ilə ödəniş edən istifadəçilər iştirak edə bilər. Belə ki, “Ulduzum” kodu ilə edilən bütün Bakcell ödənişlərində Hesab.az istifadəçiləri 2-QAT Hesab Koin və ya Bonuslar qazanacaqlar. Ətraflı: https://bit.ly/3p6ciGQ
Hesab Koin “Qazananlar Klubu” çərçivəsində istifadəçilərə təklif olunan onlayn ödənişlər üçün nəzərdə tutulan Hesab.az-ın virtual məhsulu hesab olunur.
Məlumat üçün bildirək ki, “Qazananlar Klubu” Hesab.az-ın sadiqlik proqramı çərçivəsində təqdim etdiyi proqramdır və Hesab.az-da qeydiyyatlı olan yaxud yeni qeydiyyatdan keçən bütün istifadəçilər “Qazananlar Klubu”-na avtomatik qoşulurlar və ödənişləri müqabilində bonuslar toplaya və ya seçimi dəyişərək Hesab Koin qazana bilirlər. “Qazananlar Klubu” çərçivəsində istifadəçilər qazandıqları bonusları “Dərhal dəyiş” bölməsində sərfəli kampaniya və endirimlərə dəyişə bilirlər və ya növbəti ödənişləri üçün istifadə edə biləcəkləri Hesab Koinlər qazanırlar.
“Qazananlar Klubu”-nun yaxşı tərəflərindən biri də odur ki, istifadəçilər Hesab.az-da seçimlərini hər zaman dəyişə bilərlər, lakin qazandıqları bonuslar və Hesab Koinlər bu dəyişiklikdən heç bir şəkildə təsirlənmir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi yüzlərlə yerli və beynəlxalq tərəfdaşın satış və xidmət nöqtəsini özündə birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























