Məşhur sərmayəçi dolların ucuzlaşacağını gözləyir
Məşhur sərmayəçi Stanley Druckenmiller ABŞ dollarında Asiya pul vahidlərinə qarşı qısa mövqe aldığını açıqlayıb (Dollar satıb Asiya valyutalarını alıb). Epidemiya müddətindəki pul siyasəti fərqləri Druckenmillerin dollara qarşı mövqe alması qərarının əsasını təşkil edir."Duquesne Family Office"in qurucusu Stanley Druckenmiller, dollarda Asiya pul vahidlərinə qarşı "çox qısa" bir mövqedə olduğunu açıqlayıb.
Marja xəbər verir ki, "Goldman Sachs"a danışan məşhur sərmayəçiyə görə, Asiyanın koronavirusu nəzarət altına almaqda müvəffəqiyyəti pul siyasəti təşviqlərində daha mühafizəkar olmasına imkan verir. ABŞ-ınmərkəzi bankı Fed isə nəhəng təşviq addımları atmaq vəziyyətindədir.
ABŞ-da hökumət kəsirlərinin əvvəlki 5 böhrandakının cəmindən daha böyük olduğuna işarə edən Druckenmiller, Powell-in rəhbərlik etdiyi Fed-in son 6 həftə ərzində, Ben Bernanke və Janet Yellenin rəhbərlik etdiyi 10 ilin cəmindən daha çox istiqraz aldığın deyib.
Son 30 ildə illik müqayisədə təxminən 30% gəlir təmin edən sərmayəçi, ABŞ-da M2 pul təklifinin 2018-dən bu yana nominal ÜDM-dən 25% daha çox artdığını, buna qarşılıq Çində M2-nin ÜDM-ə nisbətinin 3 il əvvəlki səviyyəsində olduğunu bildirib.
Həmçinin "Invesco"dan Arnab Das da dollar hər nə qədər qısamüddətdə güclənsə də, pul vahidinin zaman içində zəifləyəcəyini bildirib.
Müştərilərin xəbərləri
Şarj stansiyası axtarmağa ehtiyac yoxdur — benzin doldurursunuz, sistem bu enerjini elektrikə çevirərək avtomobili hərəkət etdirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
3 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
1 d. əvvəl
"Yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb, qatarların hərəkəti mümkün olmayıb"
-
20 d. əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 27 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Palma yağı ilə soya yağı arasındakı qiymət fərqi 2,5 ilin ən yüksək səviyyəsində
- 1 saat əvvəl
-
2 saat əvvəl
Birbank və Visa ilə “FIFA Dünya Çempionatı 2026”nın final oyununda iştirak şansı qazanın
-
2 saat əvvəl
Kreml: Rusiya “Drujba” neft kəməri ilə tranziti bərpa etməyə hazırdır
-
3 saat əvvəl
AB: Ukraynaya 90 milyard avro kredit verilməsi ilə bağlı sabah müsbət qərar gözlənilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı 70 min nəfərə yaxın azalıb - İRAN MÜHARİBƏSİ TURİST AXININA MƏNFİ TƏSİR EDİB
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Ən çox oxunanlar
Birbank və Visa ilə “FIFA Dünya Çempionatı 2026”nın final oyununda iştirak şansı qazanın
AB: Ukraynaya 90 milyard avro kredit verilməsi ilə bağlı sabah müsbət qərar gözlənilir
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Aprelin 22-də gözlənilən hava şəraiti






.jpg)





.jpg)









