Unibank müştərisi lotereyada Lexus avtomobili qazanıb
(®️) Unibank kartı öz sahibinin həyatını dəyişdi.
7 ildir “Unibank”ın müştərisi olan Nail Qəhrəmanov “Baravo” marketdə etdiyi alış-verişin dəyərini Mastercard Albalı Plus kartı ilə ödəyəndə, bu seçimin ona necə böyük sürpriz bəxş edəcəyindən xəbərsiz idi. Elə bankdan bu alış-verişin ona “Lexus UX” avtomobili qazandırdığı xəbərini verəndə də, hansısa dostunun onunla zarafat etdiyini düşünüb:
“Mən uzun illərdir “Unibank”ın müştərisiyəm. Həmişə xidmətlərindən razı olmuşam. Lotereya haqda məlumatı eşitmişdim və hədiyyələrdən biri olan iPhone XC telefonunu qazanmağı arzulayırdım. Avtomobil qazanacağımı heç düşünmürdüm. Belə bir imkan yaratdıqları üçün lotereyanın təşkilatçılarına təşəkkür edirəm. Unibank kartım olmasaydı, bu hədiyyəni qazanmaq şansım olmazdıı. Müştərilərinə tez-tez belə gözəl sürprizlər etdiyi və daim yüksək bank xidmətləri göstərdiyi üçün “Unibank”a minnətdarlığımı bildirərəm”
Qeyd edək ki, Nail Qəhrəmanov “Mastercard Bravo alış-verişinizə şans qatır” adlı tirajlı stimullaşdırıcı lotereyanın sonuncu tirajının əsas qalibi olub.
“Qürur hissi ilə vurğulamalıyam ki, Mastercard ölkənin daha şəffaf və güclü iqtisadiyyatı naminə nağdsız cəmiyyətə dəstək vermək üçün rəqəmsal ödənişləri artırmaq məqsədi daşıyan "Nağdsız Azərbaycan" layihəsində Azərbaycan hökumətini dəstəkləməyə davam edir. Bu lotereya ictimaiyyət üçün faydalı və çox uğurlu keçdi. Bütün Mastercard ödəmə əməliyyatları sizə bir şans verdi. Mastercard-ın təmassız əməliyyatları isə 10 şans qazandırdı. Bizim gələcəkdə də belə kampaniyalarımız olacaq. Diqqətiniz bizdə olsun,” – deyə Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Erdem Çakar qeyd edib.
Unibank kartına sahib olmaq sizə nəinki xoş sürprizlər, hədiyyələr qazandırır, hər yerdə istifadəyə, kartdakı vəsaiti istər xərclədiyinizdə, istərsə də kart hesabında saxlayan zaman əlavə gəlir qazanmağınıza imkan yaradır.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























