5 hektara qədər torpaqların icarə, istifadəyə verilməsinə dair müqavilə və etibarnamələr “Elektron notariat” informasiya sisteminə daxil edilməlidir
Rayonlarda yerli ərazi icra nümayəndəliklərinin əməkdaşlarına “Elektron notariat” informasiya sisteminə dair təlimlər keçirilir
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 6-cı bəndinə əsasən fermerlərə sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri təsdiq edirlər. Qeyd edilən torpaq sahələrinin icarə və istifadəyə verilməsi ilə əlaqədar müqavilələrin təsdiq edilməsi “Elektron notariat” informasiya sistemi vasitəsilə həyata keçirilir.
Bu səbəbdən qeyd edilən müqavilələrin təsdiqini həyata keçiriən inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin “Elektron notariat” informasiya sisteminə qoşulması prosesi davam etməkdədir. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyi tərəfindən “Elektron notariat” informasiya sisteminə çıxışı olmayan rayonlar üzrə yerli ərazi icra nümayəndəliklərinin həmin sistemə inteqrasiyasının təmin edilməsi məqsədilə təlimlər keçirilir. Şəmkir, Qazax, Samux, Goranboy, Ağstafa, Göygöl rayonlarından sonra bu dəfə Salyan, Biləsuvar, Cəlilabad, Neftçala, Ağcabədi, Ağdam, Beyləqan, Göyçay, Ucar, Qax rayonları üzrə icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və aidiyyəti rayon (şəhər) Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə növbəti təlimlər keçirilib. Təlimlərdə ümumilikdə 221 nəfər iştirak edib. Təlim iştirakçılarına “Elektron notariat” informasiya sistemi barədə ətraflı məlumat verilib, sistemdən istifadə qaydaları əyani formada nümayiş olunub. Sahəsi 5 hektara qədər torpaq sahələrinin icarə əsasında istifadəyə verilən zaman bağlanılan müqavilələrin qanunvericiliyin tələblərinə uyğun aparılması və “Elektron notariat” informasiya sisteminə daxil edilməsinin vacibliyi təlim iştirakçılarına izah edilib.
30 yanvarda Yevlax, Zaqatala, 1 fevralda Zərdab, Balakən, 1-2 fevralda İmişli, 3-4 fevralda Saatlı, 5-6 fevral tarixlərində Tərtər rayonlarında keçiriləcək analoji təlimlərdə 176 nəfərin iştirakı nəzərdə tutulur. Təlimlər qrafik əsasında digər rayonlarda da təşkil olunacaq.
Qeyd edək ki, indiyədək 16 rayon üzrə (Ağdaş, Ağsu, Kürdəmir, Qəbələ, Tovuz, Sabirabad, Şəki, Şabran, İsmayıllı, Qusar, Lerik, Bərdə, Masallı, Xaçmaz, Lənkəran, Şamaxı) icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə 581 nümayəndəliyin “Elektron notariat” informasiya sisteminə qoşulması təmin edilib. EKTİS-ə daxil edilən torpaq sahəsi üzərində istifadə hüququna dair sənədlər arasında sahəsi 5 hektara qədər torpaq sahələrinin icarə əsasında istifadəsini nəzərdə tutan müqavilələr çoxluq təşkil edir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 2020-ci ildən aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanılıb. Yanvarın 1-dən etibarən subsidiya ilə bağlı müraciətlərin qəbulu Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) altsistemi olan Subsidiya İnformasiya Sistemi (SİS) vasitəsilə həyata keçirilir. Qaydalara görə, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün müəyyən olunmuş müddətdə torpaq sahəsindən istifadə hüququna dair sənədləri və əkinləri barədə məlumatları EKTİS-ə daxil etməlidirlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 47 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)




.jpg)



.jpg)










