Kustar üsulla içkilərin istehsalı ilə məşğul olanların evinə təkrar baxış keçirilib
Saxta yolla istehsal olunmuş spirtli içkilərin insan sağlamlığına zərər vurması ilə bağlı aparılan maarifləndirmə işlərinə, həmçinin belə hallara qarşı mübarizə tədbirlərinə baxmayaraq, hələ də ölkə ərazisində kustar üsulla spirtli içki istehsalı hallarına rast gəlinir. Bu kimi hallarla bağlı müvafiq tədbirlərin görülməsi və qanunazidd əməllərin qarşısının alınması hüquq-mühafizə orqanları qarşısında duran əsas vəzifələrdəndir.
Məlumat üçün bildirilməlidir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin iyun-iyul aylarında Cəfərov Xəlqani Əfqan oğlunun qeydiyyatda olduğu Bərdə şəhəri, Cavanşir küçəsi, ev 60 və Həsənov Tapdıq Qarakişi oğlunun qeydiyyatda olduğu Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 80 ünvanında yerləşən mənzillərinə məhkəmə qərarları əsasında baxış keçirilib. Həmin nəzarət tədbirlərində X.Cəfərovun kustar üsulla spirtli içkilərin istehsalı ilə məşğul olması faktı öz təsdiqini tapmış, həmçinin aparılan operativ tədbirlər nəticəsində eyni fəaliyyətlə məşğul olan T.Həsənovun da cinayət əməlləri ifşa olunmuşdu.
Qeyd olunan faktlar üzrə Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində toplanmış materiallar əsasında istintaq davam etdirilir. Lakin kustar üsulla spirtli içkilərin istehsalı faktları üzrə hər iki şəxs barəsində ilkin istintaqın aparılmasına baxmayaraq, onlar tərəfindən vətəndaşların sağlamlığına zərər vuran qanunsuz fəaliyyətin davam etdirilməsi ilə bağlı istintaqa yeni məlumatlar daxil olub. Bütün bunları nəzərə alaraq, 2021-ci ilin yanvar ayının 25-də həmin şəxslərin qeydiyyatda olduqları ünvanlarda nəzarət tədbirləri keçirilib. Tədbir zamanı X.Cəfərovun evində kustar üsulla hazırlanmış 10 ədəd aksiz markası ilə markalanmamış, 6 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki, həmçinin 488 ədəd saxta aksiz markası və istifadə olunması nəzərdə tutulan 1685 ədəd butulka aşkar olunub. T.Həsənovun evində keçirilmiş tədbir zamanı isə kustar üsulla hazırlanmış 27 ədəd aksiz markası ilə markalanmamış, 159 ədəd saxta aksiz markası ilə markalanmış, o cümlədən 3 ədəd xarici ölkənin aksiz markası ilə markalanmış alkoqollu içki, həmçinin 8 ədəd saxta aksiz markası, istifadə olunması nəzərdə tutulan 907 ədəd butulka aşkar olunub.
Aşkar edilmiş faktlar protokollaşdırılıb, Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində istintaq materiallarına əlavə edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşlara bir daha müraciət edərək bildirir ki, saxta məhsulların istifadəsi insan orqanizmi üçün ciddi təhlükə yaradır və belə hallarla rastlaşdıqları, kustar üsulla spirtli içkilər hazırlayıb satan şəxslər barədə hər hansı məlumata malik olduqları təqdirdə, Dövlət Vergi Xidmətinin “195-1” Çağrı Mərkəzinə və yerli vergi orqanlarına məlumat verə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























