“Qərargahın icazəsi olsa da, rəis müavini bazarı bağlatdırdı”
Ağsu bazarının fəaliyyətini dayandıran polis mayoru Vüsal Əliyev barəsində 94 icarədar daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə şikayət edib. Şikayətdən sonra müraciətə imza atan şəxslərin saxlanıldığı bildirilir.
“SVO” MMC-nin təsisçisi, Ağsu rayonunda yerləşən bazarın sahibi Sabir Mustafayev bildirib ki, bazarda yalnız ərzaq və kənd təsərrüfatı məhsulları satılır, digər mağazalar bağlıdır: “Dekabrın 29-da Ağsu Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Vüsal Əliyev gəlib polis əməkdaşları ilə bazarın fəaliyyətini dayandırdı. Ona dedik ki, Operativ Qərargahla danışmışıq, bizim fəaliyyətimizə icazə var. O da dedi ki, Qərargaha deyin Vüsal müəllim deyir ki, bağla.
Sonra yenidən Daxili İşlər Nazirliyinin karantinlə bağlı yaradılmış 012 590 80 20 qaynar xətti ilə əlaqə saxlayıb məlumat verdik. Təxminən 10 dəqiqə sonra bazardakı polislərə əmr gəldi ki, bazardan çıxın, camaatla işiniz olmasın.
Vüsal Əliyevin bu hərəkətlərindən bazardakı 94 icarədar Baş Prokuror Kamran Əliyev və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Dünəndən başlayaraq həmin müraciətə imza atanları bir-bir polis şöbəsinə aparıb hansısa yollarla şikayətlərindən imtina etdirirlər. Ərizəni yazan Babayev Fariz Böyükağa oğlu imtina etmədiyi üçün döyülüb və kameraya salınıb”.
Qafqainfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























