“Azərbaycan Sənaye Bank”nın xalis mənfəəti azalıb
“Azərbaycan Sənaye Bank” ASC 2020-ci ili 5 milyon 184 min manat xalis mənfəət ilə başa vurub.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “Azərbaycan Sənaye Bank”nın xalis mənfəəti 2 milyon 504 min manat və ya 32,6% azalıb.
“Azərbaycan Sənaye Bank” ASC 2019-cu ili 7 milyon 688 min manat xalis mənfəət ilə bağlamışdı.
Xalis mənfəətin azalması qeyri-faiz gəlirlərinin azalması ilə bərabər xərclərin artması ilə əlaqədardır.
"Azərbaycan Sənaye Bankı"nın faiz gəlirləri 2019-cu ildə 28 milyon 283 min manat ikən 2020-ci ildə 32 milyon 306 min manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 10 milyon 361 min manatdan 5 milyon 318 min manata geriləyib.
2019-cu ildə faiz xərcləri 15 milyon 880 min manat ikən, 2020-ci ildə 16 milyon 783 min manat, 2019-cu ildə qeyri-faiz xərcləri 12 milyon 976 min manat ikən 2020-ci ildə 14 milyon 980 min manat təşkil edib.
"Azərbaycan Sənaye Bankı"nın əməliyyat mənfəəti 9 milyon 788 min manatdan 5 milyon 861 min manata düşüb. Ötən il aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 688 min manat hesabına mənfəət artıb. Bank mənfəətindən 1 milyon 365 min manat vergi ödəyib.
BANK KİÇİLİB
Ötən il "Azərbaycan Sənaye Bankı"nın cəmi aktivləri 73 milyon 647 min manat azalaraq 911 milyon 504 min manata düşüb. Bank tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 14 milyon 411 min manat azalaraq 316 milyon 991 min manata, "Azərbaycan Sənaye Bankı"nın digər banklardakı depozitləri isə 99 milyon 236 min manat azalaraq 444 milyon 38 min manat enib.
DEPOZİTLƏR GERİ GÖTÜRÜLÜB
2019-cu illə müqayisədə 2020-ci ildə "Azərbaycan Sənaye Bankı"dakı cəmi depozitlər 75 milyon 195 min manat azalaraq 639 milyon 932 min manata geriləyib.
MƏCMU KAPİTALI ARTIB
"Azərbaycan Sənaye Bankı" 2020-ci ilin sonunda 101 milyon 528 min manat məcmu kapitala malik olub. Bank 2019-cu ilin sonunda 96 milyon 837 min manat məcmu kapitala malik idi.
“Azərsun Holdinq”in "çətiri" altında olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 98,4252%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 1%-i Leyla Goozala, 0,5748%-i Azərbaycan Sənaye Lizinq Şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
-
- 9 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 3 gün əvvəl
-
3 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)


.jpg)







