Məmməd Musayev İran səfirini qəbul edib
İran məhsullarının həm quru, həm dəmiryolu, həm də dəniz vasitəsilə daşınması üçün müştərək şirkətlərin yaradılmasını təklif edilib.Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
YASK-dan MArja-ya daxil olmuş məlumatda bildirilir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və bu məqsədlə özəl sektoru təmsil edən sahibkarların işbirliyinin artırılması yolları müzakirə edilib.
Konfederasiya prezidenti İranın iri biznesə dəstək təşkilatları ilə ASK arasında məhsuldar əməkdaşlıq münasibətlərinin qurulduğunu qeyd edib. Məmməd Musayev işğaldan azad olunan ərazilərin böyük hissəsinin İranla Azərbaycan sərhəddinə düşdüyünü və bunun da həmin ərazilərdə investisiya üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Öz növbəsində, S.A.Musəvi hər iki dövlət başçılarının müdrik siyasəti nəticəsində münasibətlərin yüksək səviyyədə olduğunu, səfir kimi əsas fəaliyyət istiqamətinin ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinə yönələcəyini bildirib. O, Azərbaycanda İran Ticarət Evinin yaradılmasının, İran-Azərbaycan Müştərək Ticarət Palatasının fəaliyyətinin daha səmərəli şəkildə qurulması üçün səylərini artıracağını vurğulayıb.
Səfirin sözlərinə görə, ölkəmizə gəlməzdən öncə Azərbaycanla həmsərhəd olan İranın dörd vilayətinə səfər edib, orada fəaliyyət göstərən sahibkarlarla, ticarət-sənaye palatalarının rəhbərləri, eləcə də, İran Ticarət, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatasının rəhbərliyi ilə görüşüb. İran sahibkarları Azərbaycanla əlaqələr qurmaqda çox maraqlı olduqlarını bildiriblər.
Eyni zamanda, Seyid Abbas Musəvi cari ilin 18-19 yanvar tarixlərində Tehranda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının da iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Daha sonra, S.A.Musəvi Təbriz Ticarət və Sənaye Palatasının ASK ilə birgə video- konfrans keçirməkdə maraqlı olduqlarını görüş iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycanla həmsərhəd bölgələrdə fəaliyyət göstərən şirkətlərlə əlaqələrin qurulması üçün geniş imkanlar olduğunu və eyni zamanda, ixtisaslaşmış sərgilərin keçirilməsinə hazırlaşdıqlarını bəyan edib. İran məhsullarının həm quru, həm dəmiryolu, həm də dəniz vasitəsilə daşınması üçün müştərək şirkətlərin yaradılmasını təklif edib.
ASK prezidenti Məmməd Musayev 2020-ci ilin dünya iqtisadiyyatı üçün çətin il olduğunu, lakin ölkəmizin iqtisadi dayanıqlığını qoruyub saxladığını, 30 illik işğala son qoyduğunu bildirib. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qonşu ölkələrlə qurduğu yüksək siyasi dostluq əlaqələrinin iqtisadi münasibətlərin inkişafı üçün böyük rol oynadığı söyləyib. Konfederasiya prezidenti hər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün Ticarət Evinin açılmasının vacibliyini vurğulayaraq bunun üçün ASK-nın hər cür dəstək verməyə hazır olduğunu bildirib.
Həmçinin, Məmməd Musayev Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi haqqında qonaqlara məlumat verərək, orada sədr müavini olduğunu nəzərə çatdırıb. O, Konqresə üzv ölkələrə çıxış üçün iranlı sahibkarlara dəstək verməyə hazır olduğunu bildirərək, Rusiya-Azərbaycan-İran Biznes Şurası formatının yaradılmasını təklif edib.
Səfir S.A.Musəvi təkliflərə və səmərəli müzakirələrə görə ASK prezidentinə təşəkkürünü bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub























