Dövlət büdcəsinə daxil olan gömrük rüsumları azalıb
2020-ci il ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 milyard 938 milyon 242,2 min manat daxil olub ki, bu da 2019-cu il ilə müqayisədə 10,7% azdır.
DGK-nın verdiyi məlumata görə, ötən il dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2019-cu il ilə müqayisədə 8,4% azalaraq 1 milyard 16 milyon 609 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 8,7% azalaraq 2 milyard 741 milyon 485 min manata bərabər olub. Aksizlər üzrə 2020-ci il ərzində daxilolmalar 42,5% azalaraq 143 milyon 511,1 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 36 milyon 637,1 min manat təşkil edib ki, bu da 2019-cu ildə qeydə alınan göstəricidən 17,5% azdır.
2020-ci ilin dekabr ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 352 milyon 725,8 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 12,3% az, 2020-ci ilin noyabr ayı ilə müqayisədə isə 11,6% çoxdur.
Ötən ilin dekabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2019-cu ilin analoji dövrü ilə müqayisədə 6,4% azalaraq 103 milyon 613,2 min manat olub. 2020-ci ilin noyabr ayı ilə müqayisədə isə bu göstərici 18,7% artıb.
Həmçinin, 2020-ci ilin dekabr ayı ərzində ƏDV üzrə daxilolmalar 2019-cu ilin eyni ayı ilə müqayisədə 14,3% azalaraq 230 milyon 415 min manat (2020-ci ilin noyabr ayı ilə müqayisədə 8,3% çox), aksizlər üzrə 18,1% azalaraq 15 milyon 381,7 min manat (noyabr ilə müqayisədə 19,7% çox), yol vergisi üzrə daxilolmalar isə 14% azalaraq 3 milyon 315,9 min manat (noyabr ilə müqayisədə 11,4% çox) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





