IBA Mobile yükləyən hər kəs ƏDV faizlərini geri alır!
(®️) Universal bank olaraq faydalı məhsul və xidmətlər təqdim edən Azərbaycan Beynəlxalq Bankı ƏDV faizlərini geri almaq üçün daha sadə və asan imkan yaradıb. İndi hər kəs bu Bankın IBA Mobile tətbiqini yükləməklə ƏDV faizlərini ən rahat şəkildə geri ala bilər. Bu imkandan həm Bankın müştəriləri, həm də müştəri olmayanlar faydalana bilərlər. ƏDV faizlərini https://edvgerial.ibar.az portalı vasitəsilə də geri almaq mümkündür.
Bundan ötrü sadəcə olaraq Bankın mobil tətbiqində, yaxud https://edvgerial.ibar.az portalında qeydiyyatdan keçmək və virtual kartı aktivləşdirmək kifayətdir. Qeydiyyatla əlaqədar daha ətraflı məlumatı https://edvgerial.ibar.az saytından və ya 937 nömrəli Məlumat Mərkəzimizdən ala bilərsiniz.
Virtual kart aktivləşdirildikdən sonra müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir.
ƏDV faizlərini geri alan müştərilərə Azərbaycan Beynəlxalq Bankının yaratdığı daha bir üstünlüksə bundan ibarətdir ki, QR kodun oxudulması və ya fiskal kodun daxil edilməsi üçün daha 90 dəqiqə gözləməyə gərək yoxdur. Bunu gözləmədən, elə kassa qəbzini alandan dərhal sonra edə bilərsiniz.
Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə IBA Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür.
Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları www.ibar.az internet səhifəsindən, 39 filial və 37 şöbəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























