ABŞ-da “Boeing 737 MAX” təyyarələrinin uçuşları bərpa olunub
ABŞ-ın “American Airlines Group Inc” aviakompaniyası iki qəzadan sonra istismarı qadağan olunan “Boeing 737 MAX” təyyarələrinin uçuşlarını bərpa edib.
“The Wall Street Journal” nəşri xəbər verir ki, təyyarənin Mayami şəhərindən Nyu-Yorka uçuş həyata keçirən ilk reysinin sərnişinləri arasında aviakompaniyanın prezidenti Robert Aysom da olub.
ABŞ Federal Mülki Aviasiya İdarəsinin noyabr ayında verdiyi müvafiq icazədən sonra “American Airlines” aviakompaniyası “Boeing 737 MAX” təyyarələrini tədricən istifadəyə qaytarmağı planlaşdırır.
Braziliyanın “GOL Linhas Aereas Inteligentes SA” şirkəti laynerin uçuşlarını bərpa edən ilk aviakompaniya olub. ABŞ-ın “United Airlines Holdings Inc” və “Southwest Airlines Co” aviakompaniyaları isə MAX təyyarələrini müvafiq olaraq 2021-ci ilin fevral və mart aylarından başlayaraq istifadə edəcəklərini bildirib.
Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX” təyyarəsi 2019-cu il martın 10-da Efiopiyanın paytaxtı yaxınlığında qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bundan bir müddət əvvəl - 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni modelli təyyarənin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
“Boeing” kompaniyası qəzadan öncə hər iki təyyarənin MCAS sisteminin işində nasazlıq olduğunu etiraf etmişdi. Bundan sonra ABŞ və Avropa İttifaqı dövlətləri də daxil olmaqla, bir çox ölkə bu modelli təyyarələrdən istifadəni dayandırmışdı.
Noyabrın 18-də ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi “Boeing 737 MAX” təyyarələrinin istifadəsinə icazə vermiş, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi isə hələ oktyabr ayında “737 MAX” laynerlərinin proqram təminatına və avadanlığına edilən dəyişikliyin onların 2020-ci ilin sonlarınadək Avropanın hava məkanında uçuşları bərpa etməsinə imkan yaratdığını bildirmişdi.
Azərtac
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 28 d. əvvəl
-
28 d. əvvəl
“Azərlotereya” illik 374 milyon manat gəlir, 74 milyon manat xalis mənfəət əldə edib
-
57 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını açıqladı
Rəsmi məzənələr açıqlandı
Ən çox oxunanlar
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN























