“AccessBank”da yeni İcraçı Direktorlar təyin edildi
“AccessBank”da yeni icraçı direktorlar təyin edilib.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, bunlar Bankın İnsan Resursları üzrə İcraçı Direktoru Nigar Hüseynzadə və İnformasiya Texnologiyaları üzrə İcraçı Direktoru Zəhra Zeynalovadır.
Qeyd edək ki, Nigar Hüseynzadə “AccessBank”da fəaliyyətə 2019-cu ildə İnsan Resursları Departamentinin Rəhbəri kimi başlayıb. Bundan öncə isə uzun illər telekommunikasiya sahəsində insan resursları istiqamətində rəhbər vəzifələrdə işləyib.
Zəhra Zeynalova artıq 14 ildir ki, “AccessBank”da fəaliyyət göstərir. O, bu illər ərzində sıravi əməkdaşdan İnformasiya Texnologiyaları Departamentinin Rəhbəri vəzifəsinə qədər yüksəlib.
RƏHBƏRLİYİN 4 ÜZVÜ QADINDIR
Qeyd edək ki, “AccessBank”ın səhmdarları və rəhbərliyi gender bərabərliyi məsələlərinə xüsusi diqqət yetirir. Hazırda Bankın İdarə Heyətinin tərkibi 3 üzvdən ibarətdir, İcraçı Direktorların sayı isə 5 nəfərdir. 8 nəfərdən ibarət olan ümumi rəhbərliyin 4 üzvü qadındır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























