Azərbaycanda qızıl hasil edən şirkət proqnozunu yenilədi
Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" ölkədə 2020-ci ildə qızıl hasilatı üzrə proqnozunu 68-72 min unsiyayadək azaldıb. Əvvəlki proqnoz 75-80 min unsiyaya bərabər idi.
Şirkətin yaydığı məlumata görə, azalma əsasən mühəndis heyətinin bir hissəsinin hərbi xidmətə çağırılması və yeraltı qaya çatlaması səbəbindən tunel çəkilişinin yavaşlaması ilə nəticələnən "Gədəbəy" qızıl yatağında aparılan yeraltı işlərdəki bəzi gecikmələrdən qaynaqlanır. Şirkət 2020-ci maliyyə ili üçün 100 mln. ABŞ dollarından çox dövriyyəyə nail olmaq niyyətindədir.
"Hərbi xidmətə çağırılan heyət üzvlərinin xidmətdən qayıtdıqdan sonra gələn ilin əvvəlində işə başlaması gözlənilir. Şirkətin "Gədəbəy" qızıl yatağında əməliyyatları heç bir fiziki ziyan görməyib, normal fəaliyyət göstərir", - deyə şirkətin açıqlamasında deyilir.
Bundan əlavə, "Anglo Asian Mining" Azərbaycan hökuməti ilə "Gədəbəy" qızıl yatağının Hasilatın Pay Bölgüsü haqqında Sazişi (PSA) çərçivəsində işğaldan azad olunmuş müqavilə sahələri üzrə planları barədə bazara məlumat verəcək.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)




