Aqro-vest DC Qələbəni qeyd edir!
Bu gün Aqro-vest DC MMC şirkətinin əməkdaşları Azərbaycan ordusunun işğaldan azad etmə əməliyyatlarının uğurlu nəticəsi-Qələbəni qeyd ediblər!
27 setyabrda başlayan əks-hücum əməliyyatları qısa bir zamanda Vətən müharibəsinə çevrildi. Əgər qarşı tərəf əsgərləri belə döyüşə göndərə bilmirdisə, Azərbaycanda əksinə, hər kəs döyüşə can atırdı. Arxa cəbhədə hər kəs, hər bir qurum bir yumruq kimi səfərbər olmuşdu! Aqrovest şirkəti və onun kollektivi də digərləri kimi bu müqəddəs işdə kənarda qalmadı. Şirkət olaraq, Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi, ordunun ehtiyaclarını qarşılamaq üçün müxtəlif geyim və gigiyenik vasitələr göndərdi. Şirkətin 40-dan çox əməkldaşı döyüşlərdə iştirak etdi. Şirkət onların əmək haqqılarını verməklə yanaşı, həm də ailələrinin yanında oldu!
Və budur! Xalq, dövlət və lider birliyi - Dəmir yumruq öz sözünü dedi. Cəmi 44 gün ərzində ordumuz Ali Baş Komandanın rəhbərlyə ilə tarix yazdı, işğalçıları müstəqil dövlətimizin ərazisindən qovdu!
Aqrovest şirkətində Qələbə münasibətilə təşkil olunmuş toplantı iştirakıçları:” Hər bir xalqın həyatında çətin və xoşbəxt günlər olur! Əslində çətinliklərin özü xalqı formalaşdıran əsas amillərdən biridir desək, yəqin ki yanılmarıq. 30 il ərzində Azərbaycan xalqı bütün çətinliklərə sinə gəldi, səbr etdi! Ölkəmiz iqtisadi və siyasi olaraq, inkişaf etdi, gücləndi! Xalq və dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycan xalqı öz liderinə inandı, onun ətrafında sıx birləşdi”; “Bu döyüş günlərində Ali Baş Komandan hər an sanki döyüşdə idi. Ölkənin birinci xanımı isə yaralı döyüşçülərin müalicəsini, şəhid ailələrinin qayğılarını diqqətdə saxlayırdı ” kimi sevinc və zəfər fikirləri səsləndirmişlər.
Toplantıda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




