"Əlverişsiz əmək şəraitində işləyənlərin sayı artıb"
"İşçilərin kollektiv və fərdi mühafizə vasitələrindən istifadəsi məsələsində də bir sıra çatışmamazlıqlar mövcuddur".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, xüsusilə tikinti və tikinti materialları istehsalatları sahələrində işləyənlərin kollektiv və fərdi mühafizə vasitələrindən lazımi qaydada istifadə etmədikləri əmək müfəttişləri tərəfindən dəfələrlə müşahidə edilib:
"Bir də görürsən ki, hər-hansı hündürmərtəbəli binanın yuxarı mərtəbələrində armatur karkası quraşdıran işçinin başında dəbilqə, belində mühafizə kəməri, əlində əlcəyi yoxdur. Eləcə də tikinti materialları istehsalı ilə məşğul olan çoxsaylı daş karxanalarında əmək müqavilələri bağlamadan işə cəlb edilmiş vətəndaşın əynində heç bir fərdi mühafizə vasitəsinin olmadığının şahidi olursan. Əməyin mühafizəsi və o cümlədən texniki təhlükəsizlik qaydalarının pozulmasına dair çoxsaylı misallar çəkmək olar. Hansı ki, bu səbəblər üzündən istehsalatda bədbəxt hadisələrin baş verməsi halları artır".
F.Əlizadə Dövlət Statistika Komitəsinin hər ilin yekununa görə dərc etdiyi "Azərbaycan Statistik göstəriciləri" toplusuna istinad edərək qeyd edib ki, əməyin mühafizəsi tədbirlərinə ayrılan vəsaitin miqdarı ilbəil artır: "Misal üçün bu məqsədlə ayrılan pul vəsaitinin miqdarı 2005-ci ildə 24 mln. 265,2 min manat olubsa, 2015-ci ildə bu vəsaitin miqdarı iki dəfədən çox artaraq 67 mln. 873,5 min manat olub. Əslində ayrılan bu vəsaitlə əməyin mühafizəsi tədbirlərini daha da yaxşı təşkil etmək olar. Ancaq ayrılmış bu vəsaitin təyinatı üzrə xərclənməsi barədə məlumat dərc edilməməsi səbəbindən müvafiq təhlil aparmaq imkan xaricindədir. Bununla bərabər Dövlət Statistika Komitəsinin məlumatına əsasən hazırda respublika iqtisadiyyatının müxtəlif sahələrində əlverişsiz əmək şəraitində işləyənlərin sayı artıb. Belə ki, sənaye sahələrində sanitar-gigiyenik normalarına cavab verməyən şəraitdə işləyənlər 2005-ci ildə 20 min 470 nəfər olubsa, 2015-ci ildə artaraq 21 min 371 nəfər olub. Tikinti sahəsində isə 2005-ci ildə 2 min 125 nəfər, 2015-ci ildə 3 min 610 nəfər həmin şəraitdə işləyib".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























