Avstriyanın köməyilə 500 başlıq camış təsərrüfatı yaradılacaq
Bölgələrimizin özünəməxsus kənd təsərrüfatı məhsulları içərisində xüsusi dadı ilə seçilən Gəncə qaymağı böyük şöhrətə malikdir. Verilən mühüm tapşırıqlar ölkəmizdə camışçılığın da dirçəldilməsini zəruri edib.
Avstriyanın ölkəmizdəki səfiri Aksel Vexin Gəncəyə səfəri zamanı gələcək əməkdaşlığın istiqamətləri, o cümlədən camışçılıq təsərrüfatının yaradılması və bu sahənin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Gəncə şəhəri ilə həmsərhəd rayonlardan alınmış 8 min hektar ərazidə aqrar-sənaye kompleksinin yaradılması üçün işlərə başlanılıb. Həmin ərazidə həm də 500 başlıq camış təsərrüfatının yaradılması nəzərdə tutulub.
Səfir Aksel Vex heyvandarlıq sahəsində Avstriyanın yüksək texnologiyaya və böyük ənənəyə malik olduğunu diqqətə çatdırıb və camışçılığın inkişafı ilə bağlı lazımi kömək göstərə biləcəklərini deyib.
Görüşdə ərazidə müasir camışçılıq təsərrüfatının yaradılması, Avstriyadan cins heyvanların alınması, bu sahə üçün zəruri texnologiya və avadanlığın ölkəmizə gətirilməsi, həmçinin yeni təsərrüfatın idarə edilməsi və heyvanlara qulluq üçün mütəxəssislərin hazırlanması ilə bağlı digər vacib məsələlər də müzakirə edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























