Azər Türk Bank yeni innovativ filialını istifadəyə verir
(®️) Dövlət bankı Azər Türk Bank öz fəaliyyətini daim müasir dünyanın meyarlarına uyğun şəkildə qurmaq üçün səy göstərən yenilikçi maliyyə-kredit təşkilatıdır.
Qabaqcıl bank sisteminə malik iqtisadiyyatalarda bankçılığa innovativ yanaşma və İKT-nin tətbiqi istiqamətində mühüm layihələrin gerçəklişdirildiyi, məsafədən bankçılıq və rəqəmsal xidmətlərin önəminin yüksəldiyini nəzərə alan Bank bu istiqaməti özünün prioritet inkişaf xətti kimi qəbul etmişdir.
Bankın yaxın dövr üçün strateji hədəfi ən təkmil məsafəli bankçılıq sistemini qurmaqdan ibarətdir. Qeyd edək ki, Bank son illərdə müştərilərə onlayn xidmətlərin çeşidinin və kanallarının artırılması üçün əhəmiyyətli işlər görmüşdür.
Bu istiqamətdə görülən işlər sırasında növbəti addım Bank tərəfindən filial şəbəkəsinin modernləşdirilməsi layihəsinin reallaşdırılmasına başlanmasıdır.
Bank klassik bank modelindən uzaqlaşmaq, fiziki strukturları azaltmaq, bəzilərini modernləşdirilmiş elektron filiallarla əvəzləmək niyyətindədir.
Bu yaxınlarda Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 99 ünvanda müştərilərin istifadəsinə veriləcək yeni filial Azər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilkdir.
Filial pərakəndə satış bazarında modernləşdirilmiş məhsul və xidmətləri təqdim edərək xidmətlər göstərəcəkdir.
Üstün xidmət səviyyəsi təqdim olunan filialda bankın müştərilərinə müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər ödənişlər üzrə əməliyyatlar da daxil olmaqla geniş bank xidmətləri göstəriləcəkdir.
Müştərilərin burada terminallar və kompüterlərdən özünəxidmət üçün istifadə etməklə, istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunacaqdır. Bankın digər filiallları da öz fəaliyyətini tezliklə bu konsepsiya üzərində quracaqdır.
Bir il öncə Bankda yaradılmış və müffəqiyyətlə fəaliyyət göstərən Rəqəmsal Transformasiya Mərkəzi MVP və prototiplər, rəqəmsal tətbiqlər, yeni rəqəmsal nəslə aid mükəmməl bank məhsul və xidmətləri hazırlayıb, müştərilərə təklif etməkdədir. Yaxın zamanda yenilənmiş ATB360 mobil əlavə də istifadəçilərin ixtiyarında olacaqdır.
Qeyd edək ki, Bankın ərsəyə gətirdiyi ekosistem, yenilənmiş xidmər şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən yaxşı yenilikçi sistemləri və məhsulları təqdim etməyə imkan verəcəkdir.
Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb












.jpg)



.jpg)







