ASA memorandum imzaladı
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi ilə Azərbaycan Milli Avtomobil Klubu arasında anlaşma memorandumu imzalanıb.
ASA-dan Marja-ya verilən məlumata görə, əldə olunan razılığa əsasən tərəflər Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində və eləcədə “ Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq təsdiq edilmiş “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar”a əsasən Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirlər ilə bağlı sosial layihələrin həyata keçirilməsində əməkdaşlıq edəcəklər.
Sosial məsuliyyətin aşılanmasının təbliğ və təşviq edilməsi, insanlar arasında maarifləndirmə layihələrinin həyata keçirilməsi memorandumun qarşısındakı əsas hədəfdir. Əldə olunan razılığın növbəti mərhələ üzrə başlıca məqsədləri isə ölkə vətəndaşları arasında yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyaya dəyən zərərin həcminin minimallaşdırılması, eləcə də yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, yol-hərəkəti təhlükəsizliyi sahəsində müasir innovativ metodların tətbiqinin, eyni zamanda yol hərəkəti iştirakçılarının davranış və mədəniyyət səviyyəsinin artırılmasının vacibliyi istiqamətində birgə tədbirlərin həyata keçirilməsidir.
ASA İB ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 19 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.
Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 2009-cu ildə yaradılmış qeyri-hökumət təşkilatıdır və 2015-ci ildən Beynəlxalq Avtomobil Federasiyasının üzvüdür. AMAK Azərbaycanda yol hərəkəti təhlükəsizliyi üzrə bir sıra tədris-maarifləndirmə, tədqiqat və təşviqat layihələri həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)











